Icma.az
close
up
RU
Tramp İranla müharibəyə gecikir səbəblər açıqlandı

Tramp İranla müharibəyə gecikir səbəblər açıqlandı

Icma.az bildirir, Modern.az portalına istinadən.

“Donald Tramp İrana güc tətbiq edəcəyi barədə hədələrini sərtləşdirdikcə, ABŞ-İran müharibəsinin qapıda olduğuna dair fikirlər güclənir. Lakin Ağ Evdə İrana qarşı hərbi müdaxilənin üstünlüklərini müdafiə edənlərlə yaranacaq problemləri proqnozlaşdıran strateqlər arasında fikir ayrılıqları hökm sürür”.

Bu sözləri Modern.az-a açıqlamasında politoloq Aqşin Kərimov bildirib.

O qeyd edib ki, İran daxilində də, ABŞ ilə hərbi konfrontasiyaya hazırlıqla paralel Vaşinqtonla danışıqlar aparmaq arasında tərəddüdlər görünməkdədir. Ancaq indiki məqamda İran ABŞ ilə razılaşmaları prioritetləşdirməyə üstünlük verir:

“İlk olaraq, İran mümkün müharibə ssenarisində zəifləmiş geosiyasi mövqeləri səbəbindən əlverişli manevr etmək imkanlarına malik olmayacaq. İran ABŞ-nin istənilən hücumuna qarşı İsrailə, eləcə də ABŞ hərbi bazalarına və bölgədəki digər hədəflərə zərbə endirməklə cavab verə bilər. Lakin İranın silahlı vasitələrlə cavabını ideoloji zəmində tamamlayan və Tehrana əlavə güc dəstəyi verən müqavimət oxu sıradan çıxıb. Bu, İran strategiyasını səciyyələndirən çoxşaxəli vektorun məhdudlaşdırılmasıdır.

İkincisi, ABŞ-nin məqsədinin geosiyasi açılımı İraqla bağlı ola bilər, çünki İran İraqda hələ də güclü bir əldir. Bununla belə, ABŞ İraq hakimiyyətindən İran proksilərinə qarşı etibarlı və açıq mübarizə aparmağı tələb edir. İran isə mümkün münaqişə risklərinə İraqda nəzarətində olan şiə hərəkatlarını qoşmağa ehtiyat edir, çünki bu, Tehran üçün tələ sayıla bilər.

Üçüncüsü, İranın həssas dövrdən keçməsi, o cümlədən ölkəni cənginə alan etiraz aksiyalarının nəticələri soyumamış xarici hücum dalğası ilə üzləşməsi Tehran üçün elitadaxili problemlər yaradacaq. Bu, əsasən, İran daxilində ABŞ ilə danışıqlara üstünlük verənlərlə Rusiya ilə əlaqələri möhkəmləndirənlər arasında ixtilaflar fonunda qiymətləndirilə bilər. Bu baxımdan İrandakı etirazlara dair qlobal güc  mərkəzlərinin baxışı həm də İran elitasındakı hesablaşmalara müdaxilə edərək onları yönləndirməyi hədəfləmiş ola bilər. Başqa yandan, İranda Seyid Əli Xameneidən sonrakı dönəm üçün hazırlığın məşqləri rejimə çətinliklər yaradır.

Dördüncüsü, İran iqtisadiyyatının yeni sanksiyalarla yüklənməsi ehtimallarıdır ki, bu da vəziyyəti daha fəlakətli istiqamətə yuvarlaya bilər”.

Politoloq hesab edib ki, indi İran bu çətinliklərdən qurtuluşa keçid üçün manevrlər edir və Seyid Əli Xamenei başda olmaqla İrandakı ruhani elita ideoloji bazadan bərk yapışır. İranın xarici müdaxiləyə qarşı müqavimət dili ilə daxili auditoriyanı yönləndirmək üçün hekayələr arasında uyğunluq tapması İran ideoloqları və strateqləri üçün xasdır:

“ABŞ pəncərəsindən isə İrana qarşı hücumların yarada biləcəyi risklər təhlil olunur. Donald Tramp daha çox İrandakı ümumölkə tətillərindən sonrakı nəticə ilə mümkün hərbi güc tətbiqi arasındakı keçid zamandan istifadə edir. Bu period ABŞ-nin İrana qarşı yeni plan hazırlamaq qabiliyyətini formalaşdırır.

Başqa tərəfdən, ABŞ hesablayır ki, İrana qarşı hərbi hücum rejimin ölkə daxilində hələ də böyük dəstək bazasının qətiyyətini sərtləşdirə bilər. Ən azından etirazlara qarşı kontur olaraq rejimə genişmiqyaslı dəstək aksiyaları Ağ Evin diqqətə aldığı məqamdır. Bu, ABŞ-nin İrana qarşı hərtərəfli dağıdıcı zərbə vurmasına maneələr yaradır. ABŞ üçün hərbi təhdidləri dövriyyədə saxlamaqla rejimə qarşı İran daxilindən silahlı üsyan fazasını başlatmaq daha məqbul variant ola bilər. Bu mərhələ ABŞ və İsrailin kürd və bəluc faktorundan bəhrələnə biləcəyi bir andır.

Sadalanan amillər hər iki tərəfə müharibədən qaçmaq üçün bəhanələr verir, lakin ən əhəmiyyətlisi İranın nüvə silahı əldə etmək üçün zənginləşdirdiyi 408 kiloqramlıq urana çıxış əldə etmək uğrunda mübarizədir. Bu mübarizədə ABŞ, Rusiya, İsrail və Çinin konkret hansı strateji hekayəyə malik olduğu aydın deyil. Ancaq nüvə faktoru mübarizənin şiddətinə və tempinə təsir edir. Bu təsirlərdən dolayı ABŞ ilə İran rəsmilərinin görüşü proqnozlaşdırılabiləndir, hərçənd ki, Tramp bu proqramı rədd etməyə çalışır”, - politoloq deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Yanvar 2026 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri