Tramp komandasında yeni “Gmail” qalmaqalı Məxfi materiallar paylaşılıb
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və komandasının şəxsi “Gmail” hesabları vasitəsilə rəsmi yazışmalar etdiyi məlum olub.
Bu barədə “Washington Post” qəzeti adı açıqlanmayan ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
Məlumata görə, Valsın baş köməkçilərindən biri şəxsi “Gmail” hesabından istifadə edərək həssas hərbi məlumatları və qabaqcıl silah sistemləri haqqında texniki detalları digər dövlət qurumlarındakı həmkarları ilə paylaşıb.
Bu barədə Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Huqes verdiyi açıqlamada Valsın heç vaxt şəxsi e-poçt və ya təhlükəsiz platformalar vasitəsilə məxfi material göndərmədiyini deyib.
Milli təhlükəsizlik ekspertləri xəbərdarlıq ediblər ki, şəxsi e-poçt xidmətləri xarici müşahidə və kiberhücumlar üçün ciddi risk yaradır.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 02 Aprel 2025 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















