Tramp Meta nı aldı
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp texnologiya şirkəti "Meta"nın 25 milyon dollara qədər dəyərində səhmlərini alıb.
Modern.az xəbər verir ki, bu barədə “RIA Novosti” maliyyə hesabatına istinadən məlumat yayıb.
Hesabata görə, Tramp avqust ayında maliyyə aktivlərinin alqı-satqısı üzrə 517 əməliyyat həyata keçirib. Ən böyük sövdələşmə "Meta" şirkətinin səhmlərinin 5 milyon dollardan 25 milyon dollaradək məbləğdə alınması olub.
“CNBC” telekanalının hesabatın təhlilinə əsasən verdiyi məlumata görə, 18 səhifəlik sənəd Trampın investisiya portfelində yüksək fəallığın davam etdiyini göstərir.
Bununla belə, avqust ayında həyata keçirilən əməliyyatların sayı iyun və iyul ayları ilə müqayisədə azalıb. Belə ki, Tramp həmin aylarda hər birində 1 000-dən çox maliyyə əməliyyatı barədə məlumat açıqlamışdı.
Bundan əvvəl Trampa yaxın şəxslərin ABŞ-nin CNN telekanalını alması barədə məlumat yayılmışdı. CNN Trampı tənqid edən media qurumlarından biri kimi tanınır.
Baxış sayı:52
Bu xəbər 08 Oktyabr 2026 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















