Icma.az
close
up
RU
Tramp nə vaxt Putinə qarşı sərt olmağa başlayacaq? “Bloomberg” yazarı məyusedici proqnozlar verir

Tramp nə vaxt Putinə qarşı sərt olmağa başlayacaq? “Bloomberg” yazarı məyusedici proqnozlar verir

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

ABŞ Prezidenti Donald Trampın bəyanatlarına baxmayaraq, Rusiyaya qarşı real tədbirlər hələ görülməyib.

Bu barədə "Bloomberg" yazarı Mark Çempion qələmə aldığı məqaləsində xatırladır ki, Tramp hələ 42 gün əvvəl Moskvaya 10–12 günlük ultimatum vermişdi.

O, qeyd edir ki, bu müddət bitib, artıq Trampın vəzifəyə başlamasından 229 gün keçib və o, hələ də müharibəni “24 saata bitirmək” vədini yerinə yetirməyib, əksinə, Rusiya hücumlarını daha da gücləndirib.

Məqalədə vurğulanır ki, Pekində keçirilən hərbi paradda Putin Çinin Tayvana və ABŞ-yə qarşı yönəlmiş silahlarını izləyərək Trampı açıq-aşkar ələ salıb.

"Bundan qısa müddət sonra Kreml Ukraynaya qarşı rekord sayda — 800-dən çox dron və raket hücumu həyata keçirib, ilk dəfə olaraq Kiyevdə Nazirlər Kabinetinin binasına zərbə endirib", -deyə o qeyd edib.

Müəllif yazır ki, Tramp hakimiyyətə gələndən bəri Putinə Ukrayna məsələsində istədiyi demək olar ki, hər şeyi verib:"Onu tərifləyib, Rusiyanın işğalını əsassız sayaraq ABŞ-ni günahlandırıb, Kiyevə hərbi yardımı dayandırıb və hətta kritik məqamda Ukraynanın ABŞ kəşfiyyat məlumatlarına çıxışını bağlayaraq Rusiyanın itirdiyi mövqeləri geri qaytarmasına dolayısı ilə yardım edib".

Müəllif hesab edir ki, Tramp Rusiyaya qarşı passiv mövqe tutaraq özünü dalana dirəyib. ABŞ prezidenti ötən həftə Hindistana qarşı gömrük rüsumlarını artırmaqla bu ölkənin Rusiyadan neft almasını əsas gətirib. Həmçinin, Tramp “ikinci mərhələ sanksiyalarına” keçməyə hazır olduğunu açıqlasa da, nə vaxt və necə həyata keçirəcəyini açıqlamayıb.

Çempiona görə, Tramp Ukrayna məsələsini Avropanın üzərinə atmağa çalışır və ABŞ-nin bu müharibədə marağının olmadığını düşünür. Lakin müəllif vurğulayır ki, I və II dünya müharibələrinin, eləcə də hazırkı münaqişələrin göstərdiyi kimi, Avropada baş verənlər heç də həmişə Avropada qalmır.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Sentyabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri