Tramp Putin və Si Cinpinlə nüvə tərksilahını müzakirə etməyə hazırdır
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə nüvə tərksilahı məsələlərini müzakirə etmək üçün üçtərəfli görüş keçirməyə hazır olduğunu bildirib.
Bakıvaxtı.az-ın məlumatına görə, Amerika lideri bu barədə Ağ Evin cənub çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Belə bir görüşün keçirilməsi ehtimalı ilə bağlı suala cavab verən Tramp hələlik heç bir razılaşmanın olmadığını, lakin bu təşəbbüsü nəzərdən keçirməyə hazır olduğunu deyib.
"Xeyr, amma bunu edərdim", - deyə ABŞ Prezidenti bildirib.
Onun sözlərinə görə, mümkün danışıqların əsas mövzusu nüvə silahları və nüvəsizləşdirmə məsələləri olacaq.
"Biz nüvə silahları və nüvəsizləşdirmə barədə danışmaq üçün görüş keçirərdik", – deyə Tramp əlavə edib.
Baxış sayı:153
Bu xəbər 20 Oktyabr 2026 00:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















