Icma.az
close
up
RU
Tramp Putinə təzyiq edəcəkmi? Ukraynanın taleyi bundan asılıdır

Tramp Putinə təzyiq edəcəkmi? Ukraynanın taleyi bundan asılıdır

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


“Bu görüşdən gözləntilər və narahatlıqlar çox idi. Şübhəsiz ki, Rusiyanın tələbləri ilə razılaşmaq mümkün deyil. Zelenski də açıqlayıb ki, Ukrayna müəyyən addımlar ata bilər. Amma bunun üçün Putinlə birbaşa və üçlü görüşlərə ehtiyac var”.

Bu fikirləri Bakupost.az -a açıqlamasında siyasi şərhçi Oktay Qasımov Tramp və Zelenski arasında Vaşinqtonda baş tutmuş görüşün nəticələrini şərh edərkən bildirib.

“Görüşə qədər Tramp və Stiven Vitkoff tərəfindən dilə gətirilən mövzu ondan ibarət idi ki, Putin ərazi mübadiləsi ilə razıdır. Amma “ərazi mübadiləsi” dedikdə nə nəzərdə tutulur? Dörd vilayət: Luqansk, Donetsk, Xerson və Zaporoje. Bunların əksər hissəsi Rusiya tərəfindən işğal olunub. Rusiyanın tələbi bundan ibarətdir ki, bu vilayətlərin işğal olunmamış hissələri də Rusiyaya verilsin. Digər tərəfdən, Dnipropetrovsk, Sumı və Xarkov vilayətlərində Rusiyanın nəzarətində olan kiçik ərazilər Ukraynaya qaytarılır”, - ekspert vurğulayıb.

O.Qasımovun sözlərinə görə, kifayət qədər problematik məsələlər var və Zelenskinin bunları qəbul etməsi real görünmür:

“Qarşıdakı mərhələdə Ukraynanın nə təklif edə biləcəyi isə diqqət mərkəzindədir. Təxmin edilir ki, Tramp da bunu qəbul edəcək. Hal-hazırda döyüşlərin getdiyi təmas xətti razılaşdırıla bilər və Rusiyanın işğal etdiyi ərazilər də Rusiyanın nəzarətində qala bilər. Yəni, Ukraynanın əsl mövqeyi bundan ibarətdir ki, Rusiya işğal etdiyi ərazilərdə nəzarəti saxlayır, amma bu hüquq rəsmi olaraq tanınmır və bunun üzərindən razılaşma əldə olunur. Rusiya buna gedəcəkmi? Bu, qarşıdakı dönəmdə məlum olacaq. Hər halda, düşünürəm ki, tərəflərin dünənki görüşdə anlaşdıqları mövzu budur”.

Ekspert həmçinin Ukrayna ilə Rusiya arasında təhlükəsizlik təminatları məsələsini də şərh edib:

“Putin tələb edir ki, Ukrayna heç bir halda NATO-nun üzvü ola bilməz. Ukrayna da hazırda buna istinad etmir və tələb etdiyi daha ciddi təminatları olan təhlükəsizlik təminatlarıdır. Yəni, 1994-cü ildə qəbul olunmuş təminatlardan fərqli olaraq, daha işlək və ciddi bir təhlükəsizlik mexanizmi nəzərdə tutulur. Tramp özü şəxsən ABŞ-nin Ukraynaya hərbi baza göndərməyəcəyini bildirib, amma bu yükü Avropanın üzərinə qoyub. Bunlar hələlik müzakirə mövzusu olan məsələlərdir. Görüşdən sızan məlumatlara görə, Donald Tramp Putinə zəng edib və ayın sonuna qədər Zelenski ilə ikili və üçlü görüşlərin keçirilməsi barədə fikirlər səsləndirib. Prinsipcə, Putin də bu görüşə qarşı çıxmayıb. Hər halda, olduqca mürəkkəb bir vəziyyətdir və Ukraynanın taleyinin həll olunduğu bir mərhələyə qədəm qoyulur. Hesab edirəm ki, bütün məsələlər Donald Trampın mövqeyindən asılıdır. Əgər o, ciddi şəkildə proseslərə müdaxilə edəcək və Putinə təzyiq göstərəcəksə, qeyd etdiyimiz təkliflər müzakirə olunacaq. Yox, əgər yenə də Rusiyanın narrativləri ilə prosesə yanaşılacaqsa, kifayət qədər çətin vəziyyət yaranacaq”.

Lalə,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 19 Avqust 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri