Icma.az
close
up
RU
Tramp Putini tənqid edib və Ukraynaya silah göndərəcəyini vəd edib

Tramp Putini tənqid edib və Ukraynaya silah göndərəcəyini vəd edib

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp növbəti dəfə Kreml rəhbəri Vladimir Putinin Ukraynadakı müharibə ilə bağlı mövqeyindən narazı olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı o, jurnalistlərə açıqlamasında Kreml hökmdarının dayanmaq istəməməsindən məyus olduğunu bildirib.

Bundan əlavə, Amerika prezidenti Ukrayna ordusuna silah verəcəyini açıqlayıb: "Daha çox silah göndərəcəyik. Bunu etməliyik. Onlar özlərini müdafiə etməyi bacarmalıdırlar. Hazırda çox güclü atəşə tutulurlar", - deyə Tramp qeyd edib.

Qeyd edək ki, bu ilin yanvar ayında səlahiyyətlərinin icrasına başlayan ABŞ Prezidenti Putinlə münasibətləri qısa müddətdə yoluna qoyacağına ümid edirdi. O, seçki kampaniyası zamanı da müharibəni bitirəcəyi ilə bağlı vəd vermişdi. Lakin onun reallığı dərk etməsi üçün altı ay gözləmək lazım gəldi. Görünür, Tramp artıq Putinin müharibəni dayandırmayacağı gerçəyini başa düşüb.

Əslində ilin əvvəlində Rusiya hökuməti cəbhədə elə də üstün mövqedə deyildi. Ukrayna ordusunun Kursku nəzarətə götürməsi Putinin nüfuzuna əhəmiyyətli dərəcədə zərbə vurmuşdu. Bundan əlavə, müharibədə ölmək istəməyən ruslar məğlubiyyəti hiss etməyə başlamış və cəbhəyə getməkdən imtina edirdilər. Bununla bağlı lokal etirazlar da baş qaldırmağa başlamışdı.

Trampın Putinə inamı nəticəsində yaranan "tənəffüs" Rusiyanın silah və canlı qüvvə toplamasına şərait yaratdı. Şimali Koreyadan cəlb etdiyi hərbi kontingent sayəsində Rusiya hücumları bərpa etdi və Kursku geri ala bildi. Bu, ruslar arasında qələbə eyforiyası yaradaraq, kütləvi olmasa da, cəbhəyə getməyə həvəsləndirdi. Ukrayna isə həmin dövrdə, hətta əvvəlki ABŞ administrasiyası tərəfindən vəd edilən silahları da vaxtında ala bilmədi. Nəticədə Rusiyanın güc nisbəti daha da artdı, Ukraynanın bir neçə şəhərini işğal etdi və, o cümlədən, Kiyev daxil olmaqla, sıx məskunlaşmış böyük şəhərləri intensiv atəşə tutmağa başladı. Bu hücumlar bu gün də davam edir.

Məlum olduğu kimi, ABŞ administrasiyası Pentaqonun inventar auditi ilə əlaqədar olaraq Ukraynaya əsas silahların, o cümlədən "Patriot" raketlərinin verilməsini dayandırıb. Ukrayna bu məsələ ilə bağlı diplomatik reaksiya verərək, kritik hava hücumundan müdafiə sistemləri barədə izahat tələb edib. Daha sonra prezidentlər Vladimir Zelenski və Donald Tramp telefon danışığı zamanı bu məsələni müzakirə ediblər.

ABŞ və Ukrayna prezidentlərinin son telefon danışığından sonra Trampın mövqeyi dəyişib və ya da Ağ Ev rəhbərinin son hadisələr fonunda mövqeyi dəyişdiyi üçün liderlər yenidən danışmaq qərarına gəliblər.

Trampın son bəyanatları Rusiya üçün ciddi çətinliklər yarada bilər. Ukraynanın silahla təmin olunması və uzaqmənzilli raketlərin istifadəsinə icazə verilməsi Rusiya üçün ağır nəticələrə səbəb ola bilər.

 Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 İyul 2025 08:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri