Icma.az
close
up
RU
Tramp qaydaları dəyişir, qlobal diktatura qurur: ABŞ Avropanı geopolitik müstəmləkə yə çevirir

Tramp qaydaları dəyişir, qlobal diktatura qurur: ABŞ Avropanı geopolitik müstəmləkə yə çevirir

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ prezidenti Donald Trampın “sülh yalnız güc sayəsində əldə olunur” tezisi əslində, qlobal sistemin artıq avtoritar mexanizmlər balansına sürükləndiyini göstərir... Avropa dövlətləri Ağ Evin başlatdığı bu proseslərə vahid mövqedən və sərt şəkildə reaksiya verə bilməzsə, növbəti mərhələdə ABŞ-ın "qoca qitə"yə açıq geopolitik diktəsi qaçılmaz olacaq...

ABŞ prezidenti Donald Tramp dünyada öz beynəlxalq "qaydalar"ını tətbiq edir, yeni qlobal idarəçilik sistemi qurur. Ağ Ev sahibi hazırda “Sülh Şurası”, rüsum diplomatiyası və Qrenlandiya savaşı üzərindən yeni dünya düzəninə yönəlik məcburi mexanizmlər formalaşdırır. Və prezident Donald Trampın ABŞ üçün şəriksiz dünya hegemonluğunu təmin edəcək ssenari məhz Ağ Evin "real güc fəlsəfəsi"nə əsaslanır.

Onu da qeyd etmək lazımdır ki, Ağ Ev sahibinin yeni qlobal idarəçilik sisteminı formalaşdıran beynəlxalq "qaydalar" Avropa ölkələrini açıq-aşkar sərt və ağır təzyiqlər altında buraxır. Belə ki, prezident Donald Trampın son açıqlamaları və sosial mediada paylaşdığı materiallar Ağ Evin artıq ənənəvi siyasi-diplomatik çərçivələrdən çıxaraq, açıq "güc siyasəti"nə keçdiyini göstərir. “Sülh güc yolu ilə əldə olunur” tezisini siyasi manifest səviyyəsinə qaldıran Ağ Ev sahibi Donald Tramp Avropaya, xüsusilə də Fransaya qarşı iqtisadi və siyasi təzyiqləri gizlətmir.

Bu neqativ prosesin mərkəzində isə Qrenlandiya böhranı, NATO-nun qlobal məkanda zəifləyən rolu və Avropanın geopolitik subyektliyinin sürətlə öz önəmini itirməsi dayanır. Bu baxımdan, Fransa prezidenti Emmanuel Makronun Ağ Ev sahibi Donald Trampın təşəbbüsü ilə yaradılan və Qəzza böhranının nizamlanması ilə bağlı “Sülh Şurası”na qoşulmaqdan imtina etməsi böyük maraq doğurur. Çünki Fransa prezidentinin bu imtinası Ağ Ev sahibi Donald Trampın kəskin reaksiyasına səbəb olub.

Məsələ ondadır ki, ABŞ prezidenti Fransa lideri Emmanuel Makronu “siyasi cəhətdən bitmiş fiqur” adlandırıb. Ardınca isə rəsmi Parisi Fransa iqtisadiyyatının simvoluna çevrilmiş şərab və şampan məhsullarına 200 faizlik gömrük rüsumu tətbiq edəcəyi ilə hədələyib. Ağ Ev sahibinin bu yanaşma tərzi açıq şəkildə onu göstərir ki, prezident Donald Tramp üçün diplomatiya artıq qarşılıqlı razılaşmalar demək deyil. Çünki Ağ Ev sahibi dövlətlərarası münasibətləri iqtisadi şantaj və siyasi təzyiq mexanizmləri üzərindən qurmağa üstünlük verir. Və onun “rüsum diplomatiyası” ABŞ-ın Avropa dövlətləri ilə münasibətlərində əsas "məcburetmə aləti"nə çevrilməkdədir.

Prezident Donald Trampın ABŞ üçün müəyyən etdiyi yeni doktrinanın mahiyyəti çox sadədir. Ağ Ev sahibi hesab edir ki, “ABŞ dünyada sülhü təmin edə biləcək yeganə gücdür. Sülhü isə yalnız güc vasitəsilə təmin etmək mümkündür”. Bu, faktiki olaraq, Ağ Evin qlobal zorakılığa münbit şərait yarada biləcək yeni təhlükəsizlik doktrinasının açıq şəkildə elan edilməsi deməkdir. Və ABŞ-ın bu yeni doktrinası beynəlxalq hüquqa, çoxtərəfli siyasi-diplomatik mexanizmlərə və müttəfiqlik prinsiplərinə deyil, məhz "hegemon güc"ün zorakı diktəsinə əsaslanır.

Maraqlıdır ki, Tramp administrasiyasının bu yeni yanaşma tərzi ABŞ-ın artıq öz ənənəvi müttəfiqlərini belə, suveren aktor kimi deyil, məhz idarə edilməli olan geopolitik ərazilər kimi gördüyünü təsdiqləyir. Bu baxımdan, prezident Donald Trampın Davosda Qrenlandiya böhranı mövzusunda çoxtərəfli görüşlərə təşəbbüs göstərməsi qətiyyən təsadüfi deyil. Çünki bu ada Arktika regionuna nəzarət imkanları, yeni dəniz marşrutları, nadir təbii resurslar, eləcə də, Rusiya və Çinlə rəqabət baxımından, ABŞ üçün kritik əhəmiyyət daşıyır.

Qərb mətbuatının məlumatına görə, ABŞ və Danimarka hazırda 1951-ci il müdafiə sazişinin yenidən nəzərdən keçirilməsini müzakirə edirlər. Yenilənmiş razılaşmaya Qrenlandiyada Çin investisiyalarının qadağan edilməsi kimi sərt şərtlərin daxil edilməsi gündəmdədir. NATO-nun baş katibi Mark Rüttenin bu məsələni “mümkün çıxış yolu” kimi təqdim etməsi isə alyansın ABŞ-dan hansı səviyyədə asılı vəziyyətdə olduğunu göstərir.

Məsələ ondadır ki, Ağ Ev sahibi Donald Trampın paylaşdığı Mark Rutteyə aid mesaj NATO-nun faktiki olaraq, neytral təhlükəsizlik platformasından ABŞ prezidentinin şəxsi siyasi tribunasına çevrildiyini sübut edir. Mark Rüttenin prezident Donald Trampı Davosda “Suriya, Qəzza və Ukrayna böhranları üzrə nailiyyətlərinə görə tərifləyəcəyini” bildirməsi bu hərbi-siyasi alyansın qlobal nüfuzuna sarsıdıcı zərbədir.

Belə anlaşılır ki, NATO artıq Avropa məkanında təhlükəsizliyin təminatçısı rolundan tədricən imtina edir. Bunun əvəzində isə ABŞ-ın qlobal hegemonluğunun icra mexanizminə çevrilməyə üstünlük verir. Nə qədər qəribə də olsa, Fransa prezidenti Emmanuel Makronun Ağ Ev sahibi Donald Trampa şəxsi mesajı da Mark Rüttenin mövqeyini böyük ölçüdə təkrarlayır və Avropa dövlətlərinin ABŞ qarşısında acizliyini göstərir. Və ümumilikdə isə Ağ Ev sahibi Donald Trampın artıq ictimailəşdirdiyi həmin müəmmalı mesaj Avropa liderlərinin real vəziyyətini açıq şəkildə ortaya çıxarır.

Digər tərəfdən, prezident Emmanuel Makronun Suriyada ABŞ-la tam həmrəylik, İran məsələsində əməkdaşlıq təklifi, Qrenlandiya böhranı ilə bağlı narahatlıq ifadə etməsi Fransanın siyasi anlamda ABŞ-a artıq təslim olduğunu göstərir. Onun Ağ Ev sahibi Donald Trampa G7 çərçivəsində fövqəladə görüş təklifi isə Fransanın artıq təşəbbüskar deyil, məhz reaktiv və müdafiəçi mövqedə olduğunu biruzə verir. Və bu məxfi mesajların ictimailəşdirilməsi isə Ağ Ev sahibi Trampın Avropa liderlərini siyasi baxımdan, ifşa edərək, daxili auditoriyalar qarşısında zəiflətmək strategiyasının tərkib hissəsi kimi görünür.

Digər tərəfdən, Ağ Ev sahibi qlobal məkanda "simvolik ekspansiya" kampaniyasına da başlayıb. Belə ki, prezident Donald Trampın Kanada, Qrenlandiya və Venesuelanın ABŞ bayrağı ilə işarələnmiş xəritələrini paylaşması qətiyyən təsadüfi vizual jest deyil. Əksinə, bu, daha çox Ağ Ev sahibinin geopolitik niyyətinin simvolik təqdimatı deməkdir. Çünki Qrenlandiyanın “2026-cı ildə ABŞ-ın tərkibinə daxil olması” ilə bağlı paylaşılan fotodakı lövhə siyasi ritorikadan kənara çıxan zorakı iddiaların formalaşma mərhələsinin artıq sona çatdığını göstərir.

Beləliklə, Ağ Evin son davranışları və qlobal məkanda baş verənlər onu göstərir ki, ABŞ Avropanı müttəfiq yox, idarə olunan "geopolitik müstəmləkə"yə çevirməyə çalışır. NATO ABŞ-ın regional və qlobal maraqlarına xidmət edən "güc aləti"nə transformasiya olunur. Qrenlandiya böhranı isə Arktika uğrunda nəhəng güclər arasında böyük savaşın yalnız başlanğıc mərhələsidir. Və bütün bunların qarşılığında Fransa da daxil olmaqla, Avropa dövlətlərinin müqavimət göstərmək üçün manevr imkanları isə demək olar ki, qalmayıb.

Ona görə də, hesab etmək olar ki, ABŞ prezidenti Donald Trampın “sülh yalnız güc sayəsində əldə olunur” tezisi əslində, qlobal sistemin artıq avtoritar mexanizmlər balansına sürükləndiyini göstərir. Bu isə Avropa dövlətləri üçün yalnız hərbi-siyasi deyil, mövcudluq faktorlarını şübhə altına alan təhlükəsizlik dilemması deməkdir. Avropa dövlətləri Ağ Evin başlatdığı bu proseslərə vahid mövqedən və sərt şəkildə reaksiya verməyin yolunu tapmağa çalışmalıdır. Əks halda, növbəti mərhələdə "qoca qitə" ölkələrinin artıq ABŞ-ın siyasi-diplomatik deyil, məhz açıq geopolitik diktəsi ilə üzləşməsi qaçılmaz olacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 Yanvar 2026 23:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see263

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see228

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see197

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see189

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see182

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see174

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see159

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see133

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see129

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see126

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see126

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri