Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Tramp sui qəsdlə ölməsə, yenidən prezident seçiləcək ŞOK PROQNOZ

Tramp sui qəsdlə ölməsə, yenidən prezident seçiləcək ŞOK PROQNOZ

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Donald Tramp müasir siyasi arenada həm davranışları, həm də şəxsiyyət xüsusiyyətləri ilə diqqət mərkəzində olan fiqurlardan biridir. Onun xarakteri, liderlik üslubu və qərarvermə mexanizmləri müxtəlif yanaşmalarla təhlil olunur. Bunlar arasında fizionomik analiz, psixoloji müşahidələr və numeroloji şərhlər də yer alır. Bu cür yanaşmalar onun davranışlarının arxasında dayanan mümkün motivləri, güclü və zəif tərəflərini izah etməyə çalışır.

Fizionomiya, numerologiya, iridologiya, refleksologiya sahələrində mütəxəssis olan Sezgin Ünal Sherg.az-a Trampın üz quruluşu, davranış xüsusiyyətləri, sağlamlıq ehtimalları, numeroloji göstəriciləri və siyasətdəki gələcək yeri ilə bağlı danışıb: 



"Trampın üz quruluşu genişdir. Üzü kvadrata yaxın olsa da, bir neçə üz formasının xüsusiyyətlərini daşayır. O, gücün, nəzarətin və avtoritetin özündə olmasını istəyir. Praktik zəkaya malikdir, nəticəyönümlüdür və liberal meyilləri müşahidə olunur. Liderlik etmək və idarə etmək meyli olduqca güclüdür. Əmr almağı sevmir, ona əmr verənlərdən xoşu gəlmir. Geniş üz quruluşunun təsiri ilə əylənməyi sevən bir xarakterə malikdir. Zaman-zaman etdiyi şən çıxışlar və davranışlar bu xüsusiyyətdən qaynaqlanır. Ümumiləşdirsək kvadrata yaxın üz forması ona liderlik, “mən” mərkəzli yanaşma və idarəetmə meyli verir. Üzünün geniş olması isə onun şən, hərəkətli və zarafatcıl tərəfini önə çıxarır. Öz bildiyini edən biri olduğu üçün bəzən çətinliklərlə qarşılaşdığı dövrlər olur. Üz xüsusiyyətlərinə əsasən onun üçün ən uyğun iki sahə siyasət və biznesdir. Alın quruluşu geniş və nəzərə çarpandır. Bu, strateji düşüncənin aktiv olduğunu və gələcəyə yönəlik plan qurma qabiliyyətini göstərir". 

Fizionomist bildirib ki, zehni fəaliyyəti son dövr ABŞ prezidentlərinin bəzilərindən fərqli olaraq güclüdür:

"Qərar verərkən sürətli, lakin bəzən tələskən davranış sərgiləyə bilir. Qaşları açıq və müəyyən xətlidir. Bu, yüksək özünəinamın göstəricisidir. Ünsiyyət tərzi bir çox siyasətçi və dövlət adamından fərqli olaraq birbaşa və açıqdır. Səbrsiz və tez reaksiya verən bir quruluşa malikdir, ani reaksiyalar verməyə meyllidir. Gözləri dar, baxışları isə kəskindir. Bu, nəzarətçi xarakterin göstəricisidir. Detalları yaxşı analiz edir və insanları düzgün qiymətləndirə bilir. Güvən məsələsində seçici və ehtiyatlıdır. Göz altı torbaları yuxusuzluq problemini açıq şəkildə göstərir. Həyata realist (gerçəkçi) baxış bucağı ilə yanaşır. Burun quruluşu iri və dolğundur. Maddi gücə və maliyyə idarəçiliyinə önəm verir, ticari zəkası çevikdir. Sahibkar ruhludur və risk almağa açıqdır. Status və uğur onun üçün çox önəmlidir. Dodaq quruluşu nazik və orta arasındadır. Duyğularını ifadə edərkən nəzarətlidir. Məntiq daha çox ön plandadır, duyğular ikinci plandadır. Ünsiyyətdə açıqdır, lakin bəzən sərt reaksiyalar verə bilər. Çənə quruluşu geniş və güclüdür. Bu, inadkar və qətiyyətli xarakterə işarə edir. Güclü iradəyə malikdir və asanlıqla vaz keçmir. Bu, rəqabətçi xarakteri əks etdirir".

Mütəxəssis Trampın yaşayacağı sağlamlıq problemlərindən danışıb, numerologiyasını təhlil edib:

"Onda sümük əriməsi (osteoporoz riski) normadan daha çox artıb. Əzələ itkisi və tarazlıq problemləri daha da artacaq. Bel nahiyəsində (L4–L5) problemlər mövcuddur. Yaddaş və idrak funksiyalarında azalma müşahidə olunur. İmmunitet sistemi zəifləmiş vəziyyətdədir. O, 14 iyun 1946 tarixində doğulub.

Hesablama: 1+4+6+1+9+4+6 = 31/4. 

31/4 həyat yoluna baxsaq 3- yaradıcılıq, ifadə və ünsiyyət, 1- liderlik, fərdilik və özünəinam, 4 isə nizam-intizam, sistemlilik, əmək və möhkəm təməli ifadə edir.

Yaradıcı, eyni zamanda tətbiq etmə qabiliyyətinə malik düşüncə quruluşu var. Öz yolunu seçmək istəyi (müstəqilliyə bağlılıq) yüksəkdir. Disiplinli çalışma ilə böyük uğur potensialına sahibdir. Plan qurmaq və sistem yaratmaq bacarığı inkişaf edib. Səbir göstərildikdə uzunmüddətli və qalıcı uğurlar əldə edə bilir.

Bununla yanaşı, dağınıq düşüncə (3 enerjisi) ilə sərt nizam-intizam (4 enerjisi) arasında ziddiyyət tez-tez yaşanır. Səbrsizlik və tələskənlik səbəbilə başladığı işləri yarımçıq qoyur. Avtoritetlə tez-tez problemlər yaşaya bilər. Bəzən həddindən artıq nəzarətçi, bəzən isə bunun tam əksi davranışlar sərgiləyə bilər".

Ekspert qeyd edib ki, Tramp qarşıdakı seçkilərdə yenidən prezident seçiləcək:

"Münasibətlərdə müstəqillik ehtiyacı çox yüksəkdir. Duyğularını ifadə etmək istəsə də, zaman-zaman özünə qapanma halları olur. Güvən və sədaqət onun üçün çox önəmlidir. Partnyor həm onun azadlığına hörmət etməli, həm də nizamlı olmalıdır. Tramp əgər sui-qəsd nəticəsində ölməsə, qarşıdakı seçkilərdə yenidən prezident seçiləcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Aprel 2026 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri