Icma.az
close
up
RU
Tramp Ukraynanın bəzi ərazilərinə GÖZ QOYUB Zelenski hansı sazişdən İMTİNA ETDİ?

Tramp Ukraynanın bəzi ərazilərinə GÖZ QOYUB Zelenski hansı sazişdən İMTİNA ETDİ?

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Birləşmiş Ştatların Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskiyə borc müqabilində Ukrayna torpaqlarını emal üçün ABŞ-yə verməyi təklif etməsi dünya gündəminin əsas müzakirə mövzusuna çevrilib. Tramp bildirib ki, ABŞ xərclədiyi bütün pulları geri istəyir. Bunun üçün 500 milyard dollar ekvivalentində nadir torpaq minerallarını Ukraynadan tələb edir. Maraqlıdır ki, Zelenski əvvəlcə bu təklifə razı olsa da, sonda fikrini dəyişdiyi iddia edilib. Belə ki, "The Washington Post"un köşə yazarı Coş Rogin bildirib ki, Volodimir Zelenski ABŞ-yə ölkəsinin faydalı qazıntı ehtiyatlarının 50 faizinə sahib olmaq hüququ verən sazişi imzalamaqdan imtina edib. Zelenski ABŞ nümayəndələri ilə Ukrayna konstitusiyasına uyğun olaraq hazırlanmış mədən sazişi ilə bağlı öz təklifini səsləndirib. Maraqlıdır ki, ABŞ senatoru Brayn Şatz Münhendə Zelenski ilə görüşdən sonra Donald Trampın təklifinin təkmilləşməyə ehtiyacı olduğunu deyib, lakin detallar barədə danışmaqdan imtina edib. O, həmçinin bildirib ki, Zelenskinin sövdələşmənin birtərəfliliyi ilə bağlı iddiaları ədalətlidir.

Mövzu ilə bağlı Oxu.Az-a danışan rusiyalı politoloq Sergey Markovun sözlərinə görə, D.Tramp vaxtilə seçicilərinə Ukrayna ordusuna verilən hərbi yardımı dayandıracağını vəd etsə də, indi bunun qeyri-mümkün olduğunu görür, ona görə də bu prosesi lehinə çevirməyə, yəni ABŞ-nin, əslində, prosesdən faydalandığını göstərməyə çalışır:

"Əslində isə Ukraynada nadir resursların böyük dəyəri yoxdur. Amma burada bir neçə vacib məqam var. Əlbəttə, Ukraynada nadir torpaq materialları var, lakin böyük hissəsi Rusiyanın nəzarətinə keçən Donbas və "Novorossiya" ərazisində yerləşir. Məsələn, bunlardan məşhuru Rusiya ordusu tərəfindən iki ay əvvəl ələ keçirilmiş Şevçenko qəsəbəsindəki litium metal yatağıdır. ABŞ-nin Ukraynanın başqa ərazilərindən əldə edə biləcəyi digər heç bir nadir torpaq elementi yoxdur. Birləşmiş Ştatlar nadir torpaq elementlərini Argentina, Çili, Boliviya, həmçinin bir çox nadir torpaq elementləri ilə məşhur olan müttəfiqi Avstraliyadan da əldə edə bilər. Çünki Ukraynada elə bir mineral yoxdur ki, ABŞ onu başqa müttəfiqlərindən ala bilməsin. Buna görə də nadir torpaq elementləri məsələsi çox sünidir".

"Ukraynanın ərazisinin böyük bir hissəsini qara torpaqlar təşkil etdiyindən əkinçilik üçün çox əlverişlidir. Artıq bu torpaqların əksər qismi böyük transmilli korporasiyalar tərəfindən alınıb. "BlackRock" və "The Vanguard Group" şirkətləri burada üstünlük təşkil edir. "BlackRock" isə Ukraynanın təbii sərvətlərinin əsas alıcılarındandır. Yəni Ukraynada ABŞ-nin alması üçün xüsusi nəsə qalmayıb", - deyə politoloq bildirib.

Amerikalı siyasi şərhçi İrina Tsukerman isə Oxu.Az-a açıqlamasında deyib ki, Donald Trampın Volodimir Zelenskiyə bu təklifi Rusiya ilə davam edən münaqişədə Kiyevin müdafiə imkanlarını və iqtisadi sabitliyini gücləndirməyi hədəfləyir:

"Lakin Prezident Zelenskinin münaqişəni bitirmək, tez və davamlı sülh əldə etmək üçün Rusiya ilə ərazi mübadiləsi barədə danışıqlara açıq olduğunu göstərən məlumatlar da var. ABŞ ilə mineral ehtiyatlarla bağlı tərəfdaşlıq təklifi isə Ukrayna ərazisinin ABŞ-nin nəzarətinə keçməsini nəzərdə tutmur. Əsas məqsəd müharibənin sonunda Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qorumaq, eləcə də mövqeyini gücləndirməkdir".

"Tramp müharibədən sonra Ukraynanın bərpa və inkişafında yaxından iştirak etmək istəyir. Münaqişədən sonra ən yaxşı halda əldə edilə biləcək variant bəzi ərazilərdə uzunmüddətli icarə müqaviləsidir, ərazilərin birləşdirilməsi yox. Böyük ehtimalla, bu təklif tezliklə unudulacaq və ya hər iki tərəfin ciddi şəkildə nəzərdən keçirdiyi cari təkliflər üçün daha yaxşı şərtlər əldə etmək məqsədilə istifadə ediləcək", - deyə analitik əlavə edib.

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Fevral 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri