Tramp Ukraynanın istədiyi PUA ların ixracına qoyulan məhdudiyyətləri ləğv edə bilər
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ prezidenti Donald Tramp 38 illik silahlara nəzarət müqaviləsinə birtərəfli qaydada yenidən baxmağa hazırlaşır. Bu isə xüsusilə də “MQ-9 Reaper” kimi müasir dronların və digər qabaqcıl modellərin digər ölkələrə satışına imkan verəcək.
APA xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat verib.
Məlumatda qeyd edilir ki, Tramp Səudiyyə Ərəbistanına 100-dən çox “Reaper” pilotsuz uçan aparatı satmaq istəyir. Krallığın bu dronları 2025-ci ilin yazında tələb etdiyi bildirilir.
Mənbələrin dediyinə görə, bu addım 142 milyard dollarlıq silah müqaviləsinin bir hissəsi ola bilər. ABŞ-ın Sakit okean və Avropadakı müttəfiqlərinin də bu cür silahlara maraq göstərdiyi bildirilir.
Tramp administrasiyasının məsələni müzakirəyə çıxarması, Vaşinqtona uzun müddətdir ki, Amerika pilotsuz uçan aparatlarına həvəs göstərən BƏƏ və Şərqi Avropa ölkələrinə pilotsuz təyyarələr satmağa imkan verəcək.
Yeni siyasət ağır pilotsuz təyyarələr istehsal edən “General Atomics”, Kratos (KTOS.O) və Anduril şirkətlərinə öz məhsullarını Dövlət Departamentində xarici hərbi satışlar kimi qeydiyyatdan keçirməyə imkan verəcək və ixrac prosedurlarını sadələşdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 05 Sentyabr 2025 21:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















