Icma.az
close
up
RU
Tramp Ukraynanın torpağını torba ilə daşımağa hazırlaşır Yerin altındakı sirli sərvət…

Tramp Ukraynanın torpağını torba ilə daşımağa hazırlaşır Yerin altındakı sirli sərvət…

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin həllində mühüm irəliləyişin əldə olunduğunu açıqlayıb. Tramp rəsmi Kiyev ilə silah tədarükü müqabilində nadir torpaq metalları və digər resursların alınması ilə bağlı müqavilə bağlamaqda maraqlı olduğunu açıqlayıb.

O, qeyd edib ki, Ukraynanın “çox qiymətli nadir torpaq metalları” var və ABŞ onun investisiyalarına müəyyən dərəcədə “zəmanət” verilməsini istəyir. Ukraynadakı müharibənin başlamasına səbəbi kimi bu ölkənin torpaqlarında sirli faydalı qazıntılar olduğu deyilir. Düzdür, ölkənin yerləşdiyi coğrafiya daha çox onu Rusiyanın hədəfinə, ABŞ-ın hiyləsinə gətirib. Amma Ukrayna ərazilsində nəsə bir sehrli maddənin, sərvətin olduğu da bildirilir.

Trampın burada diqqətə çatdırdığı məqamlar nələrdir?

Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, Donald Tramp bir biznesmendir və bütün məsələlərə mənfəət prizmasından yanaşır:

“ABŞ-ın ciddi geosiyasi və geoiqtisadi maraqları olmadığı heç bir prosesə ABŞ-ın əlavə maliyyə ayırmasına razı deyil. Yalnız ABŞ-ın çox ciddi maraqları, rəsmi Vaşinqton üçün çox ciddi məsələ olduğu təqdirdə bu dövlətlərə yardım edir. Donald Tramp bu niyyətini heç vaxt gizlətməyib. Ukrayna ilə bağlı söylədikləri də məhz bu kontekstdən dəyərləndirilməlidir. Məlum olduğu kimi Ukraynada gələcək üçün çox faydalı olacaq torpaq metalları var. Bu qazıntıları Tramp birgə istismar etmək istəyir. ABŞ Ukraynaya hər cəhətdən yardım edəcəksə, bunun qarşılığını almaq istəyir. Ona görə də zəmanət tələb edir. Rəsmi Vaşinqtonun bu sahələrə investisiya qoyması digər ölkələr üçün çəkindirici məqamdır.

Müharibənin başlaması səbəblərinə gəldikdə isə, Rusiya bunu NATO-nun genişlənməsi, Rusiyanın çevrələnməsi və sərhədlər boyunca təhlükələrin olması ilə əlaqələndirir. Lakin bunun arxasında geosiyasi məsələlər də var”.

Politoloqun sözlərinə görə, Rusiya Ukrayna coğrafiyasını çox yaxşı bilir, torpağın altında hansı faydalı yataqların, qazıntıların olmasından məlumatlıdır:

Natiq Miri

“Buna görə də bütün Ukraynanı ram etmək üçün ildırımsürətli plan hazırlanmışdı ki, bir həftə ərzində Ukrayna tamamilə işğal olunsun. Səbəb kimi Rusiya təhlükəsizlik məsələsini göstərməklə rəsmi Kiyevi özünü təsir dairəsində saxlamaq istəyirdi. Həmin məsələdən Qərb də məlumatlıdır. Ona görə də həqiqətən müharibənin əsl səbəbləri Trampın bu açıqlamalarında üzə çıxır. Bu perspektiv layihədir. Faydalı qazıntılar birgə istismar olunarsa, uzun illər Qərb dünyası, ABŞ böyük faydalar əldə edəcək. Ukraynaya bu günə qədər verilən yardımların əbəs olmaması üçün Tramp hakimiyyətə gələn kimi hərəkətə keçdi.

Faydalı qazıntıların istismarı ciddi investisiyalar tələb edir. Vaxtilə Ukrayna prezidenti Volodimir Zelenski faydalı qazıntıların birgə istismarını Qərb dünyasına bazarlıq predimeti kimi təqdim etmişdi. Yəni Ukraynanın NATO-ya üzvlüyü fonunda faydalı qazıntıların birgə istismarına razılıq verəcəklərini bildirmişdi. Hazırda Trampın bu təklifi dəyərləndirmək cəhdi də hiss olunandır. O, hakimiyyətə gələn kimi 3 ay müddətində bütün dövlətlərə yardımı dayandırdı. USAİD-in fəaliyyətində də korrupsiyaya qarşı araşdırmalar aparılır. Tramp bəyan edir ki, USAİD çox lazımsız və faydasız işlərə milyonlarla vəsait xərcləyib. Bütün bunların fonunda bir çox ölkələrə, hətta Fələstinə belə BMT səviyyəsində edilən yardımlar dayandırılıb”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Fevral 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri