Icma.az
close
up
RU
Tramp Zelenski görüşündə gərginlik və mübahisə: “Ağır vəziyyətdəsiniz”

Tramp Zelenski görüşündə gərginlik və mübahisə: “Ağır vəziyyətdəsiniz”

Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Liderlərin mətbuat konfransı ləğv edilib: təbii sərvətlərlə bağlı iki ölkə arasında saziş imzalanmayıb

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-də ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona səfər edib. ABŞ lideri Ukrayna Prezidentini Ağ Evin pilləkənlərində qarşılayıb.

Bundan sonra iki ölkə prezidentləri və nümayəndə heyətləri arasında jurnalistlərin iştirakı danışıqlar aparılıb. Zelenskinin kostyum geyinməməsinə irad tutan Tramp ondan çoxlu şikayətlər səsləndirib. ABŞ Prezidenti Ukrayna liderini hörmətsizlik və nankorluqda ittiham edib. Bundan sonra görüş davam etməyib: Zelenski Ağ Evi erkən tərk edib və Trampla keçirməli olduğu mətbuat konfransı ləğv edilib. Bununla yanaşı, təbii sərvətlərlə bağlı iki ölkə arasında saziş imzalanmayıb.

Əvvəl Tramp Ukraynadan nadir torpaq metalları ilə bağlı müqavilə imzalayacağını açıqlamışdı. Onun fikrincə, sövdələşmə “ədalətli”dir. Bundan əlavə, Ağ Ev rəhbəri “böyük” razılaşmanın əldə olunduğunu və “Ukraynanın bir daha müharibəyə qayıtmayacağını” bildirmişdi.

Zelenski isə daha əvvəl demişdi ki, o, “ədalətli və davamlı sülhə nail olmaq” üçün səylər gözləyir və Ukraynanın münaqişəni sona çatdırmaq üçün baxışını və etibarlı təhlükəsizlik təminatlarının vacibliyini Trampın diqqətinə çatdıracaq.

Amma görüş zamanı söz atışması yaşanıb. CNN-in xəbərinə görə, Tramp Zelenskiyə xəbərdarlıq edib ki, silahlı münaqişəyə son qoymaq məsələsində “mütləq” kompromislərə getməli olacaq.

Bundan əlavə, o, Rusiya Prezidenti Vladimir Putinin də silahlı münaqişəni tez bir zamanda dayandırmaq və “sövdələşməyə” nail olmaq istədiyini söyləyib. Tramp atəşkəsdən danışarkən Zelenski onun sözünü kəsib, Kiyevin “atəşkəsi heç vaxt qəbul etməyəcəyini” bəyan edib. Bununla yanaşı, Zelenski Ukraynada aktiv döyüşlərə son qoymağın “mümkün olmayacağını” deyib.

Tramp isə Kiyevin “böyük problemlərlə” üzləşdiyini qeyd edib, bildirib ki, Ukrayna qoşunlarının cəbhədəki ağır vəziyyətindən xəbərdardır. Vitse-prezident J.D.Vens isə Kiyevin üzləşdiyi canlı qüvvə çatışmazlığına işarə edib. Buna cavab olaraq Zelenski “Ukraynada belə problem olmadığını” bildirib. Bundan sonra ABŞ vitse-prezidenti Ukrayna xalqının başına gələnləri, eləcə də Ukrayna hakimiyyətinin əhalini səfərbər etməkdə hansı çətinliklərlə üzləşdiyini izah edib.

Səslərini ucaldan Tramp və Zelenski, eləcə də Vens ABŞ-ın dəstəyinin mahiyyəti və Zelenskinin kifayət qədər minnətdarlıq edib-etməməsi ilə bağlı gərgin fikir mübadiləsi aparıblar.

"Hazırda yaxşı vəziyyətdə deyilsiniz" deyən Tramp Zelenskini danlayıb və əlavə edib ki, o, "Üçüncü Dünya müharibəsi ilə oynayır".

“Biz sizə 350 milyard verdik. İndi çətin vəziyyətdəsiniz. Əlinizdə heç bir güclü kart yoxdur. Biz ölkənizi xilas etmək və müharibəni dayandırmaq istəyirik. “Mən müharibəni dayandırmaq istəmirəm” deyə bilməzsən”, - deyə Tramp Vladimir Zelenskiyə irad bildirib.

“Heç sağ ol demisən?”, Vens replika atıb.

Mübahisə videoya çəkilib. Videoda Vensin Zelenskini Ukraynada baş verənləri anlamaması ilə bağlı söylədiyi sözlərə görə danlaması eşidilir. ABŞ-ın vitse-prezidenti Ukrayna Prezidentini hörmətsizlikdə ittiham edib və onun Ağ Evdə Trampla debat təşkil etdiyini bildirib.

"Cənab Prezidentə hörmətsizlik etmək, Amerika mediası qarşısında mübahisə etmək üçün Oval Ofisə gəlmək hörmətsizlikdir" deyə Vens hiddətlə bildirib.

Zelenski amerikalı liderlərin çıxışlarını dayandırmağa çalışaraq, Trampdan onu dinləməsini istəyib. Ancaq Tramp kəskin cavab verib: "Xeyr, sən artıq çox şey dedin!".

Danışıqlardan sonra Tramp Zelenski qarşısında sərt şərt qoyub: “Ya Ukraynada nizamlanma sazişinə razılaşarsan, ya da ABŞ əlini çəkəcək. Əgər biz bunu etsək, o zaman siz hər şeyi özünüz etməli olacaqsınız”.

Daha sonra o, Zelenskinin Ağ Evdə “ABŞ-a hörmətsizlik etdiyini”, lakin “sülh yolu ilə nizamlanmaya hazır olanda” geri qayıda biləcəyini söyləyib.

Trampın hücumlarından əlavə, Zelenski amerikalı jurnalistlərdən birinin tənqidinə də məruz qalıb. O, adətən ictimai qarşısına gündəlik geyimdə çıxan Ukrayna Prezidentindən kostyumunun olub-olmadığını soruşub: “Bəzi amerikalılar sizin rəsmi üsluba hörmət etmədiyiniz üçün üzülür”.

Ukrayna lideri cavab verib ki, kostyumları var, ancaq müharibə bitəndən sonra geyinəcək: “Mən sizinki kimi bir şey geyinə bilərəm, ya da daha yaxşı bir şey. Yaxud daha ucuz bir şey”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://ayna.az
archiveBu xəbər 01 Mart 2025 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri