Trampdan diqqətçəkən açıqlama: İranla saziş sabah imzalana bilər
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp İranla əldə olunması nəzərdə tutulan sazişin sabah imzalanmasının planlaşdırıldığını və bunun ardınca Hörmüz boğazının bütün ölkələr üçün açıq olacağını bildirib.
Turkustan.az xəbər verir ki, Tramp bu barədə sosial media hesabında paylaşım edib.
ABŞ lideri keçmiş prezident Barak Obama administrasiyası dövründə İranla əldə edilmiş nüvə sazişini tənqid edərək, həmin razılaşmanın Tehranın nüvə silahı əldə etməsinə mane olmaq üçün yetərli olmadığını iddia edib.
Onun sözlərinə görə, hazırda müzakirə olunan yeni saziş isə “nüvə silahlarına qarşı bir divar” rolunu oynayacaq.
Tramp həmçinin İranın artıq nüvə silahına sahib olmaq niyyətində olmadığını irəli sürərək bildirib:
“Razılaşmanın sabah imzalanması planlaşdırılır və imzalandıqdan dərhal sonra Hörmüz boğazı hər kəs üçün açıq olacaq”.
ABŞ Prezidenti əlavə edib ki, Vaşinqtonun Tehranla münasibətləri əvvəlki administrasiyalar dövründəkindən fərqli şəkildə idarə olunur. O, İranın dondurulmuş vəsaitləri ilə bağlı hər hansı maliyyə mübadiləsinin nəzərdə tutulmadığını da vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 13 İyun 2026 21:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















