Icma.az
close
up
RU
Trampdan dünyanı qorxuya salan BƏYANAT NATO hücum hazırlıqlarına BAŞLADI

Trampdan dünyanı qorxuya salan BƏYANAT NATO hücum hazırlıqlarına BAŞLADI

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyanın Alyaskada keçirilən danışıqlara dırnaqarası yanaşması fonunda Tramp gözlənilmədən Rusiyaya hücumun önəmi ilə bağlı xəbərdarlıq edib.
“İşğalçı ölkəyə hücum etmədən qalib gəlmək mümkün deyil. Ukraynanın yalnız müdafiə olunmasına icazə verilmişdi, cavab verməsinə yox. İşğalçı ölkəyə hücum etmədən müharibəni udmaq çox çətindir, hətta qeyri-mümkündür. Təsəvvür edin ki, əla müdafiəsi olan böyük idman komandası var, amma onun hücumda oynamasına imkan verilmir. Onun qələbə şansı ola bilməz!
Ukrayna və Rusiya ilə bağlı məsələdə də belədir. Əliəyri və çox səriştəsiz Bayden Ukraynanın hücum etməsinə imkan vermədi, yalnız müdafiə, müdafiə... Sonda nə oldu? Buna baxmayaraq, mən olsaydım, bu müharibə başlamazdı – sıfır şans. Maraqlı dövrlər qabaqdadır” – deyə Tramp “Truth” sosial şəbəkəsində yazıb.
NATO hazırlıqlara başladı
Bundan əlavə, ABŞ, Ukrayna və daha beş ölkənin Baş Qərargah rəisləri, eləcə də NATO-nun birləşmiş silahlı qüvvələrinin Avropadakı ali baş komandanı diplomatik səylər çərçivəsində hərbi planlar hazırlayıblar.
ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin nümayəndəsi Cozef Holstedin bəyanatında bildirilib ki, sözügedən müzakirələr avqustun 19–20-də Vaşinqtonda keçirilib. Görüşdə ABŞ, Finlandiya, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və Ukraynadan olan hərbçilər iştirak ediblər.
Holsted bu planların “sülhün əldə olunması məqsədilə” hazırlandığını qeyd edib.
Lakin Trampın xəbərdarlığı və hərbi plan hazırlıqları vəziyyətin gərginləşməsi ehtimalını artırır. Üstəlik, heç kimə sirr deyil ki, NATO-Rusiya qarşıdurmasının aktiv fazaya keçməsi III Dünya Müharibəsi deməkdir.
Proseslər necə cərəyan edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov Üçüncü Dünya Müharibəsinin başlana biləcəyi ehtimalını real hesab etmir:
“Baydenin Prezidentliyi dövründə ABŞ qrant şəklində Ukraynaya 120 milyard dollardan artıq yardım edib. Bunun da yarıdan bir qədər artığı hərbi yardımdır. Ancaq sonrakı hadisələr göstərdi ki, bu qədər hərbi yardımlar verilməsi, Kiyevin torpaqlarını işğaldan azad etməsinə imkan vermir. Bayden adminstrasiyası da bundan artığını etmək istəmədi.
Səbəb də aydın idi.
2022-ci ilin sentyabr-noyabr aylarında Ukraynanın uğurlu əks-hücumu oldu. Nəticədə işğal edilmiş ərazilərin 78 min kv-km-i azad edildi. Daha çoxunu da azad etmək olardı. Ancaq Ağ Ev buna imkan vermədi”.
Espert qeyd edir ki, Rusiyanın nüvə silahından istifadə etmək hədəsi öz nəticəsini verdi və Ukrayna dayanmaq məcburiyyətində qaldı:
“2023-2025-ci illərdə isə Ukrayna uğurlu hərbi əməliyyatlar keçirə bilmədi. Rusiya isə ağır-ağır olsa da, irəli getdi”.
A.Səmədov bildirir ki, Bayden adminstrasiyası yalnız müdafiə olunmağa kifayət edəcək səviyyədə hərbi yardım göstərirdisə, Tramp heç onu da göstərmək istəmir:
“Açıq şəkildə deyir ki, o yalnız pul qarşılığında silah sata bilər. Ukraynanın irəli getməsi üçün hər il təxminən 45-50 milyard dollar hərbi yardıma ehtiyac var. Ancaq bu il üçün ayrılan hərbi yardım onun onda biri səviyyəsindədir. Bu şəraitdə isə Kiyevin irəli getməsi mümkünsüzdür.
Tramp isə Zelenskini ərazi güzəştləri əsasında sülh razılaşmasına məcbur etmək istəyir.

Avropa da Trampın təzyiqləri qarşısında dayanmaq gücündə deyil. Onun təkbaşına Kiyevə yardımı isə mümkünsüzdür. Üçüncü Dünya Savaşı da qeyri-mümkündür. Ən azı yaxın dövr üçün. İlin sonuna qədər Ukrayna güzəştə gedərək, sülh sazişini imzalayacaq”.
Rüfət Sultan, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Avqust 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri