Icma.az
close
up
RU
Trampı görüşdə Putinə zəng etdirən səbəb: Zelenski ilə razılaşma var AÇIQLAMA

Trampı görüşdə Putinə zəng etdirən səbəb: Zelenski ilə razılaşma var AÇIQLAMA

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Donald Trampın əsas istəyi Rusiya-Ukrayna müharibəsini dayandırmaqdır. Görünür ki, Alyaskada da Vladimir Putinlə hansısa məsələdə razılığa gəliblər. Amma bu müharibəni dayandırmaq üçün ortada detallar var. Yəni hansı şərtlər olmalıdır? Ukrayna hansı şərtləri icra etməlidir? Rusiya hansını icra etməlidir? Nələr olacaq? Bunlar çox önəmlidir. Əgər Tramp görüş əsnasında həm də Putinə zəng edib danışıbsa, deməli, Zelenski ilə onlar arasındakı danışıqda hansısa ciddi bir nəticə razılaşdırılıb.Böyük ehtimal ki, belə bir versiya mümkündür". 

Bu sözləri Ölkə.az-a açıqlamasında Vaşinqtonda baş tutan liderlərin görüşünü şərh edərkən politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, digər önəmli məsələ isə burada qoyulan yeni qərarlar, hansı addımların atılacağı və onların icrasının necə həyata keçiriləcəyi ilə bağlıdır:

"Çünki Vaşinqtonda təkcə Zelenski ilə Tramp görüşmədi, həm də Avropa İttifaqının liderləri ilə görüşdülər. Bu, çox ciddi məsələdir. Danışıqlardan da göründü ki, Avropa İttifaqı liderləri bir xətt istəyir, Tramp isə fərqli bir xətt. Burada maraqlı məqam budur: Avropa İttifaqı Zelenskiyə hansı təminatı verə bilər? Amerika Birləşmiş Ştatları hansı təminatı verəcək? Hansı ki, Tramp təminat məsələlərini açıqladı. Əgər təminat məsələsində ortaq məxrəcə gələ bilsələr, nəticə əldə oluna bilər. Amma tapa bilməsələr, düşünürəm ki, ortaq nəticəyə gələ bilməyəcəklər.

Ehtimallar var ki, müharibəni dayandırmağa çalışacaqlar. Amma bu, Trampın özünün, ya da Zelenskinin istəyinə bağlı deyil.

Proseslərin gedişindən çox şey asıldır. Rusiya tutduğu ərazilərin hamısını özündə saxlayacaqmı, yoxsa bir hissəsini geri qaytaracaqmı? Bütün bu məsələlərin danışıqlar prosesində necə həll olunacağına görə nəticə də ortaya çıxacaq".

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 Avqust 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri