Trampın Çinə ən böyük güzəşti bəlli oldu
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ prezidenti Donald Tramp Tayvana hərbi satışları dayandıracağına söz verdi və Çinə güzəşt olaraq bu məsələ ilə bağlı ritorikasını dəyişdirdi.
Turkustan.az xəbər verir ki, bunu Rusiya Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbinin Hərtərəfli Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CCEIS) direktor müavini Dmitri Suslov Lenta.ru-ya verdiyi müsahibədə deyib.
"Tayvan ABŞ-Çin münasibətlərində ən aktual məsələ olaraq qalır. Tramp isə Tayvana silah satışını dayandıracağına söz verib", - deyə o qeyd edib.
Bundan əlavə, ABŞ prezidenti Tayvan hakimiyyətini daha təmkinli olmağa çağırıb. O, ABŞ-ın Tayvanın müstəqillik istəyini dəstəkləməyəcəyini bildirib,
“Bununla da, Tramp ümumiyyətlə ABŞ-ın adanı müdafiə etmək öhdəliyini şübhə altına aldı”, - politoloq deyib.
Ekspert qeyd edib ki, Trampın sözləri güzəşt və Çin liderinin təzyiqinin nəticəsi kimi qəbul edilib./publika.az
Baxış sayı:107
Bu xəbər 19 May 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















