Icma.az
close
up
RU
Trampın Əliyevə məktubunda sensasion şifrələr Gözdən qaçan 4 məqam

Trampın Əliyevə məktubunda sensasion şifrələr Gözdən qaçan 4 məqam

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

Sitat:

“Hörmətli cənab Prezident. Birləşmiş Ştatlar adından Sizi və Azərbaycan xalqını gözəl Novruz bayramı münasibətilə təbrik edirəm. Novruz hamı üçün sülh, çiçəklənmə və yenilənmə bayramıdır.

Ölkələrimiz birgə işləmək sahəsində zəngin tarixə malikdir və mən qarşıdan gələn illərdə əldə edə biləcəyimiz möhtəşəm məqamları səbirsizliklə gözləyirəm. Azərbaycanın tərəfdaşımız İsrailə dəstəyini və onunla dostluğunu dəyərləndirir, ölkənizin və Ermənistanın regiona sülh gətirmək üçün atdığı addımları alqışlayıram.

Ölkələrimiz uğurlara doğru sürətlə irəlilədikcə Sizinlə işləməyi səbirsizliklə gözləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır”.

Bu kimi bayram təbrikləri rəsmi Vaşinqtonun həm Bakıya verdiyi dəyərin, həm də ölkəmizin artan nüfuz və əhəmiyyətinin göstəricisidir. Məsələ ondadır ki, dünyada 200-ə yaxın ölkə var və ABŞ heç də bütün ölkələrin rəsmi bayramlarında həmin ölkənin Prezidentinə, xalqına təbrik göndərmir. Ənənəvi anqlo-sakson diplomatiyasının spesifik cəhətlərindən olan bayram təbriki böyük dəyərin göstəricisidir.

Azərbaycan-ABŞ münasibətləri Co Baydenin prezidentlik dövründə pisləşsə də, əslində o da Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayırdı, lakin Trampın təbrik məktubunun siyasi çəkisi daha ağırdır.

Tramp Azərbaycanın İsrailə dəstəyini və onunla dostluğunu dəyərləndirdiyini deyir. Özü də xüsusilə “tərəfdaşımız İsrailə” deməsi diqqət çəkir.

Aydın məsələdir ki, İsrail Azərbaycan üçün çox mühümdür. Rəsmi Təl-Əviv Bakının strateji tərəfdaşıdır. İki ölkə arasında bir çox sahədə yüksək əlaqələr var. Azərbaycanın islam coğrafiyasında yer alması, əhalisinin əksəriyyətinin şiə-müsəlman olması və İsraillə bu qədər dərin, inkişaf etmiş əlaqələr qurması, əlbəttə, həm Təl-Əviv, həm də Vaşinqton üçün strateji önəm daşıyır.

Azərbaycanın digər önəmi də Türkiyə-İsrail danışıqlarında vasitəçilik etməsidir. Türkiyə Azərbaycanın rəsmi müttəfiqi, İsrail isə strateji tərəfdaşıdır. Eyni şəkildə həm İsrail, həm də Türkiyə ABŞ-ın iki güclü müttəfiqidir. Bu iki ölkə arasında gərginliyin olması ABŞ-ın maraqlarına uyğun deyil. Azərbaycan da ABŞ kimi Təl-Əviv və Ankara arasında gərginliyin səngiməsi, münasibətlərin normallaşmasında maraqldır. Bu baxımdan Bakı və Vaşinqton bu məsələdə ortaq hərəkət edə bilər. Hətta Trampın təbrik məktubunda dediyi “mən qarşıdan gələn illərdə əldə edə biləcəyimiz möhtəşəm məqamları səbirsizliklə gözləyirəm” ifadəsinin açması Bakı və Vaşinqtonun ortaq şəkildə Türkiyə-İsrail arasında buzların əridilməsindəki cəhdləri ola bilər.

Məsələn, Azərbaycanın vasitəçiliyi ilə Türkiyə və İsrail arasında görüş keçirilib. Görüş zamanı Türkiyə və İsrail rəsmiləri Suriyada arzuolunmaz insidentlərin qarşısının alınması üçün gərginliyin azaldılması mexanizminin yaradılması ilə bağlı razılığa gəliblər. Bu razılıqdan bir gün sonra Trampın Əliyevə təbrik məktubu ünvanlaması diqqət çəkir. Bu fakt onu deməyə əsas verir ki, Tramp məktubu Novruz bayramı adı altında ünvanlasa da, əslində, İlham Əliyevi Təl-Əviv ilə Ankaranın razılığa gəlməsində göstərdiyi səylər və tarixi nailiyyət üçün təbrik edirdi.

Təbrik məktubunun ikinci diqqətçəkən tərəfi isə Trampın “ölkənizin və Ermənistanın regiona sülh gətirmək üçün atdığı addımları alqışlayıram” deməsi oldu. Hazırda Bakı ilə İrəvan arasında sülh müqaviləsinin 17 bəndi üzrə razılıq əldə edilib. Yəni imzalanacaq sülh müqaviləsi hazırdır. Lakin Bakının sülhün davamlı və gələcəkdə pozulmaması üçün irəli sürdüyü müqavilədən kənar şərtlər İrəvan tərəfindən imzalanmayıb. Bununla belə, Azərbaycanın mövqeyi qətidir.

Tramp yaxın müddət ərzində İrəvanın bu tələbləri qəbul edəcəyini bilir. Ona görə də sülhlə bağlı pozitiv danışır. Bu onu göstərir ki, Vaşinqton həm də Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasında iştirak etmək istəyir.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Aprel 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri