Icma.az
close
up
RU
Trampın gəlişi ilə ABŞ ın müdafiə sektorunda nə dəyişə bilər? (TƏHLİL)

Trampın gəlişi ilə ABŞ ın müdafiə sektorunda nə dəyişə bilər? (TƏHLİL)

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-ın müdafiə sənayesi rəhbərləri Donald Trampın yenidən Ağ Evə qayıtması ehtimalına hazırlaşır. 

Qaynarinfo "Financial Times" nəşrinə istinadən xəbər verir ki, bu, onun birinci prezidentlik dövründən daha böyük dəyişikliklərə səbəb ola bilər. 

Trampın birinci dövründə müdafiə sahəsində mövcud vəziyyəti dəyişməyə cəhd göstərməsi və satınalma qərarlarına şəxsən müdaxilə etməsi diqqət çəkmişdi. Məlumata görə, Trampın noyabr ayında seçkilərdə qalib gəlməsindən sonra əsas Amerika müdafiə şirkətlərinin səhmləri "S&P 500" indeksinə nisbətdə zəif nəticələr göstərib. Bu, ikinci prezidentlik dövrünün müdafiə xərcləri və silah proqramlarına necə təsir edəcəyi ilə bağlı qeyri-müəyyənlikdən qaynaqlanır.

Trampın administrasiyası yeni müdafiə texnologiyaları sahəsində daha çox rəqabəti təşviq etməyə maraqlıdır. Bunun bir nümunəsi kimi "Palantir" və "Anduril" kimi şirkətlərin inkişafı göstərilir. Bu şirkətlər ənənəvi müdafiə podratçıları ilə müqayisədə müdafiə büdcəsindən daha çox pay almağa çalışır.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) keçmiş fəaliyyətini tənqid edən Trampın potensial müdafiə naziri Piter Heqset innovasiya və rəqabətin sürətləndirilməsinə ehtiyac olduğunu vurğulayıb. O, Pentaqonu "yeni texnologiyaların inkişafını məhdudlaşdırmaqda" ittiham edib, lakin eyni zamanda Silikon Vadisini qabaqcıl texnologiyaları müdafiə məqsədləri üçün istifadə etməyə hazır olduğu üçün tərifləyib.

Trampın prezidentliyinin ikinci dövründə süni intellekt və proqram təminatına əsaslanan yeni müdafiə texnologiyalarına daha çox diqqət yetirilə bilər. Bu, bəzi böyük silah istehsalı proqramlarının, o cümlədən "Lockheed Martin" şirkətinin F-35 proqramının maliyyələşdirilməsinin azaldılmasına səbəb ola bilər.

Eyni zamanda, ABŞ-ın Ukraynadakı müharibə səbəbindən müdafiə texnologiyalarında, xüsusilə pilotsuz uçuş aparatlarının inkişafında irəliləyiş əldə etdiyi qeyd edilir. "Anduril" və "General Atomics" şirkətləri ABŞ Hərbi Hava Qüvvələrinin yeni pilotsuz döyüş təyyarələri proqramının növbəti mərhələsində iştirak üçün seçilib.

Müdafiə sənayesində yenilikləri təşviq etmək məqsədilə Pentaqon iki il əvvəl Strateji Kapital Ofisini yaradıb. Bu ofis, milli təhlükəsizlik məqsədləri üçün istifadə edilə bilən texnoloji yeniliklərə dəstək verir. Trampın prezidentliyi dövründə bu təşəbbüslərin daha da sürətləndirilməsi gözlənilir.

FT bildirir ki, Trampın komandasına daxil olacaq şəxslərin texnologiya milyarderləri ilə yaxın əlaqələri var. Məsələn, Palantir şirkətinin həmtəsisçisi Piter Til, Trampın administrasiyasındakı şəxslərlə sıx əməkdaşlıq edir.

Sonda qeyd edilir ki, ABŞ müdafiə sektorunda ənənəvi podratçılar və yeni texnologiya şirkətləri arasında rəqabət güclənəcək. L3Harris Technologies şirkətinin rəhbəri Kris Kubasik, ABŞ müdafiə ekosistemini modernləşdirmək üçün təkliflər verib və bildirib ki, satınalma sistemləri mövcud təhdidlərə adekvat cavab verə biləcək sürətlə yenilikləri təmin etmir.

Bu dəyişikliklərin təkcə ABŞ-a deyil, Avropanın müdafiə sektoruna da təsir edəcəyi proqnozlaşdırılır.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Yanvar 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri