Icma.az
close
up
RU
Trampın nikbinliyi inandırıcı deyil, böhran dərinləşir TƏHLİL

Trampın nikbinliyi inandırıcı deyil, böhran dərinləşir TƏHLİL

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müharibə ehtimalı yenidən artır, danışıqların uğursuz olacağı istisna deyil

Donald Trampın İranla bağlı danışıqlarda ciddi irəliləyiş əldə olunduğunu bəyan etməsi Vaşinqton-Tehran münasibətlərində yeni diplomatik mərhələnin formalaşdığını göstərir. Onun növbəti görüşün həftəsonu baş tuta biləcəyini vurğulaması tərəflər arasında təmasların intensivləşdiyini və razılaşmanın yekunlaşmasına yaxınlaşıldığını deməyə əsas verir. ABŞ prezidentinin açıqlamalarına görə, İranın nüvə silahından imtina etməsi və əlində olan nüvə materialını təhvil verməyə razılaşması danışıqların ən kritik məqamlarından biridir. Bu amil mümkün razılaşmanın yalnız ikitərəfli münasibətlərə deyil, bütövlükdə Yaxın Şərqdə təhlükəsizlik balansına təsir edə biləcəyini göstərir. Tramp eyni zamanda xəbərdarlıq edib ki, razılaşma əldə olunmazsa, bölgədə gərginlik yenidən arta və münaqişə riski aktuallaşa bilər.

Bununla yanaşı, Vaşinqtonun İranın nüvə proqramına uzunmüddətli - məsələn, 20 illik məhdudiyyət qoymamaqla yanaşı, əsas diqqəti ölkənin nüvə silahına sahib olmamasına yönəltməsi daha çevik və mərhələli yanaşmanın seçildiyini göstərir. Trampın fikrincə, Tehran əvvəl qəbul etmədiyi şərtlərə indi daha açıq yanaşır ki, bu da diplomatik prosesdə dönüş nöqtəsi kimi qiymətləndirilir. Ümumilikdə, tərəflərin razılaşmaya yaxın olması ilə bağlı verilən mesajlar regionda sabitlik ümidlərini artırsa da, prosesin nəticəsi hələ də danışıqların yekun mərhələsindən asılı olaraq qalır.

Politoloq Abutalıb Səmədov “Sherg.az"a açıqlamasında deyib ki, Donald Trampın nikbin danışığı o qədər də etimad doğurmur:

“Çünki dəfələrlə bu cür bəyanatlar verib, hər şeyin yaxşı olduğunu deyib, amma sonradan məlum olub ki, vəziyyət heç də yaxşı deyilmiş. İndiki halda danışıqlarda əsas mübahisə iki məsələ üzərində cəmləşir. Birincisi, Hörmüz boğazı ilə bağlı razılığa gələ bilmirlər. İran boğaz üzərində nəzarəti gücləndirmək istəyir. İkincisi isə nüvə proqramı ilə bağlı ciddi fikir ayrılığı mövcuddur. Mətbuatda belə bir iddia səslənib ki, ABŞ İrandan ölkə daxilində uranı 20 il ərzində zənginləşdirməmək öhdəliyi götürməsini istəyir. İran isə guya bu təklifi qəbul etsə də, müddətin maksimum 9 il olmasını tələb edir. Yəni bu müddətin birrəqəmli -məsələn, 9 il və ya 5 il olması istənilir. Ancaq Donald Tramp bildirib ki, heç bir 20 il söhbəti ola bilməz və İran ümumiyyətlə ölkə daxilində uranı zənginləşdirməməlidir.Bu məsələdə İran güzəştə gedə bilərmi? Və ya təklif olunduğu kimi, ölkə xaricində-ərəb dövlətləri ilə birlikdə konsorsium çərçivəsində uranı zənginləşdirmək şərtini qəbul edə bilərmi? Əgər bunu qəbul etsəydi, bəlkə də müharibə baş verməzdi və İranda bu qədər dağıntı, minlərlə insan itkisi olmazdı. İndi isə İran bunu qəbul etməyib və fevralın 28-də əməliyyatlar başlayıb, nəticə də göz qabağındadır. Bu mərhələdə belə bir razılaşmanı qəbul etməsi onun məğlubiyyətini etiraf etməsi kimi qiymətləndirilə bilər”.

Analitik söyləyib ki, İran özünü qalib kimi təqdim edir. Deməli, elə şərtlər formalaşdırılmalıdır ki, İran daxili auditoriyaya qalibiyyət görüntüsü verə bilsin:

“Bu baxımdan ən uyğun variant kimi həmin 20 il məsələsi -yəni 20 il ərzində ölkə daxilində uranı zənginləşdirməmək öhdəliyi nəzərdən keçirilə bilər. Lakin Donald Tramp belə bir variantın mövcud olmadığını bildirir. Bu səbəbdən danışıqların arzu olunan nəticə vermə ehtimalı olduqca aşağı qiymətləndirilir. Çünki hər iki tərəf özünü qalib hesab edir və eyni zamanda bir-birini nüfuzdan salmağa çalışır. Bu cür şəraitdə aparılan danışıqların uğur qazanması çətin görünür. Əslində isə tərəflər bir-birinə müəyyən manevr imkanı yaratmalıdır ki, hər iki tərəf vəziyyətdən çıxış yolu tapa bilsin. Çünki Donald Tramp özü də müharibədən yorulub. İranda da cəmiyyət müharibə istəmir. Bununla belə, hər iki tərəf özünü qalib elan etdikcə qarşı tərəfi daha sərt və barışmaz mövqe tutmağa vadar edir. Bu səbəbdən ehtimal olunur ki, danışıqlar nəticəsiz qala bilər və gərginlik yenidən artar. Bu isə yeni insan itkiləri və dağıntılar deməkdir. Bununla yanaşı, müəyyən müddətdən sonra tərəflərin qarşılıqlı güzəşt yolu tapması ehtimalı da istisna edilmir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Aprel 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri