Trampın oğlunun toy xərcini Putinin dostu çəkib İDDİA
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-nin "ProPublica" araşdırma mərkəzinin yaydığı məlumata görə, Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan biznesmen, Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyov ABŞ Prezidenti Donald Trampın böyük oğlu Donald Tramp (Jr.) və Bettina Andersonun Baham adalarında keçirilən dəbdəbəli toy mərasiminin xərclərini maliyyələşdirib.
“Yeni Sabah” xəbər verir ki, hesabata əsasən, Kremlyov Dubaydakı IBA strukturları vasitəsilə adanın icarəsi, atəşfəşanlıq və digər təşkilati işlər üçün yüz minlərlə dollar xərcləyib. Donald Tramp (Jr.) və həyat yoldaşı xəbəri təkzib etməyərək, bu dəstəyi rusiyalı iş adamının şəxsi "toy hədiyyəsi" kimi qiymətləndiriblər.
Konqresin Nümayəndələr Palatasının aparıcı demokratı Robert Qarsiya məsələnin milli təhlükəsizliyə təhdid yarada biləcəyini vurğulayıb. Garcia Kremlin təsir dairəsində olan şəxsin prezident ailəsinə belə böyük maliyyə xərcləməsinin arxasında hansı maraqların dayandığını sorğulayıb və rəsmi təhqiqat tələb edib. pizza mizza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 17 Sentyabr 2026 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















