Icma.az
close
up
RU
Trampın sanksiyalar hədəsi ehtirasları coşdurub

Trampın sanksiyalar hədəsi ehtirasları coşdurub

Azvision saytına istinadən Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, diplomat Rusiya neftindən imtina edilməsinin Hindistan iqtisadiyyatına zərbə vuracağını söyləyib.
“Biz dünyanın üçüncü ən böyük enerji istehlakçısıyıq. Məhsullarımızın 80%-dən çoxunu xaricdən idxal edirik. Siz bizə nə təklif edirsiniz? İqtisadiyyatımızı dayandıraq?”, - “Hindistan Times” qəzeti diplomatın bəyanatından sitat gətirir.
Vikram Doraisvami həmçinin qeyd edib ki, Hindistanı Rusiya ilə münasibətlərinə görə tənqid edən Qərb ölkələri özləri Nyu-Dehli üçün “çətinlik mənbəyi” olan dövlətlərlə münasibətləri “öz mənfəətləri naminə” saxlayırlar.
Rusiyalıların yarıdan çoxu Trampın hədələrinə inanır | VİDEO Xatırladaq ki, iyulun 14-də ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllində irəliləyiş əldə olunmasa, Rusiyaya və onunla ticarət edən ölkələrə 100%-lik ikinci dərəcəli rüsumlar tətbiq edəcəyini açıqlayıb.
Bunun ardınca, NATO-nun baş katibi Mark Rütte Hindistan, Çin və Braziliyaya müraciət ünvanlayaraq, ABŞ-nin mümkün sanksiyalarının ciddi nəticələri barədə xəbərdarlıq edib. Siysaətçi, eyni zamanda, onları Moskvanı danışıqlar masasına qayıtmağa təşviq etmək üçün öz təsirlərini göstərməyə çağırıb.
Maraqlıdır ki, Hindistanın Neft naziri Hardip Sinqh Puri bunun cavabında ölkəsinin mümkün məhdudiyyətlərin öhdəsindən gəlməyə hazır olduğunu vurğulayıb: enerji təchizatını şaxələndirən Nyu-Dehli Rusiya neftini Braziliya və Kanada da daxil olmaqla alternativ mənbələrlə əvəz edə biləcək. Hindistanın qaz aldığı ölkələrin sayın isə 27-dən 40-a yüksəlib.
İyulun 28-də isə Stokholmda ABŞ və Çin arasında ticarət danışıqları başlayıb. Açeriak tərəfinin nümayəndə heyətinə ABŞ-nin Maliyyə naziri Skott Bessent başçılıq edib. “The New York Times (NYT)” qəzetinin yazdığına görə, Bessent Vaşinqtonun Çindən Rusiya və İran neftini almağı dayandırmağı tələb edəcəyini bildirib.
Bununla belə, bir sıra qərbli analitiklər Vaşinqtonun tələbinə rəğmən, Pekinin və Nyu-Dehlinin Rusiya və İrandan neft tədarükünü dayandırmayacağını iddia edirlər.
Ekspertlərin bir simi isə, Rusiya neftinin alışına görə Donald Trampın Hindistan və Çinə faktiki olaraq 100% tariflər tətbiq edəcəyinə şübhə ilə yanaşırlar.
Onların fikrincə, ikinci dərəcəli tariflər Rusiyaya münasibətdə çox kobud alət ola bilər. Belə bir addımın qlobal iqtisadiyyat üçün son dərəcə mənfi nəticələr törədə bilməsi səsəbindən Vaşinqton buna cəsarət etməyəcək.
- Əgər siz bazardan gündə 4,5 milyon barreldən çox neft çıxarmaq üçün kəskin tədbirlər görməyə və digər ölkələr Rusiya neftini idxal etdikləri üçün onlarla ticarət əlaqələrini kəsməyə hazırsınızsa, siz neftin qiymətində kəskin artıma və qlobal iqtisadiyyatın çökməsinə səbəb ola bilərsiniz”, - “Rapidan Energy Group” Fernando Ferreyra “Reuters” agentliyinə müsahibəsində deyib.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş elmi işçisi Kley Siql, öz növbəsində, vurğulayıb ki, Trampın qlobal neft qiymətlərinin artması ilə bağlı narahatlığını hamı bilir və bu, ABŞ iqtisadiyyatına da təsir göstərir. Ona görə də, bu baxımdan, Vaşinqtonun tərəfdaşları “onun hədələrinə boş söhbət kimi məhəl qoymaya da bilərlər”.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azvision.az
archiveBu xəbər 29 İyul 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see255

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see237

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see232

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see231

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see228

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see226

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see219

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see216

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see206

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see204

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see192

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see190

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see190

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see188

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see187

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see182

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see181

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see179

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see170

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri