Icma.az
close
up
RU
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...

Trampın NATO hədəsi: AB təlimlərə başlayır...

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Avropa Birliyi NATO daxilində gərginliyin artması fonunda daha aktual olmuş qarşılıqlı yardım mexanizmi üzrə müqavilə maddəsinə əsaslanan imitasiya təlimləri keçirəcək.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi yazıb.

AB-nin yüksək vəzifəli nümayəndəsinin sözlərinə görə, bu təlimlər üzv dövlətlərdən birinin digər ölkələrdən hərbi dəstək istəməsi halında qərarların necə qəbul ediləcəyini simulyasiya edəcək. Təlimlər əvvəlcə Brüsseldə AB səfirlərinin iştirakı ilə keçiriləcək, daha sonra isə may ayında Kiprdə müdafiə nazirlərinin görüşündə davam etdiriləcək. Bu mövzu gələn həftə Kiprdə keçiriləcək qeyri-rəsmi liderlər sammitində də müzakirə olunacaq.

Qeyd olunur ki, bu addımlar ABŞ Prezidenti Donald Trampın NATO-dan çıxmaq təhdidləri və Danimarka ərazisi olan Qrenlandiyanı almaq istəyi fonunda transatlantik əlaqələrdə yaranmış çatlara Avropanın reaksiyasını göstərir.

“AB müqaviləsinin 42.7-ci maddəsində deyilir ki, əgər üzv dövlət öz ərazisində silahlı hücumun qurbanı olarsa, digər üzv ölkələr öz ixtiyarlarında olan bütün vasitələrlə yardım və dəstək göstərməyə borcludurlar.

Beləliklə, bu formulasiya NATO-nun əsasını təşkil edən 5-ci maddədən daha sərtdir. NATO-nun həmin maddəsinə görə, üzv ölkəyə edilən silahlı hücum digər üzvləri “zəruri hesab etdikləri tədbirləri” görməyə məcbur edir; bu tədbirlərə silahlı qüvvə tətbiqi də daxil ola bilər, lakin bu, məcburi deyil. Bununla belə, AB NATO kimi hərbi gücə və onu dəstəkləyən strukturlara malik deyil”, - nəşr vurğulayıb.

Qeyd etmək vacibdir ki, bu maddə yalnız bir dəfə – 2015-ci ildə Fransada baş vermiş terror aktlarından sonra tətbiq edilib. 2026-cı ilin əvvəlində Avropa Komissiyasının sədri Ursula fon der Leyen bu maddənin daha fəal istifadəsinə çağırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://axar.az
archiveBu xəbər 18 Aprel 2026 07:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri