Trampın səbri tükəndi: Ukraynanın zərbələri onu qəzəbləndirdi!
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələrdən narazıdır. Vaşinqton hesab edir ki, bu hücumlar Moskvanı zəiflətməklə yanaşı, Kiyevin ABŞ-la münasibətlərinə də ciddi zərər vurur.
“Yeni Sabah” xəbər verir ki, bu barədə ABŞ-ın Axios nəşri Ağ Evin adı açıqlanmayan rəsmisinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın neft emalı zavodlarına hücumları davam etdirməsini yanlış addım hesab edir. Ağ Ev rəsmisinin fikrincə, bu zərbələr Ukrayna rəhbərliyinin ABŞ prezidenti ilə münasibətlərinə Rusiyaya vurduğu zərərdən daha çox mənfi təsir göstərir. pizza
ABŞ rəsmisi bildirib ki, Zelenski Vaşinqtonun mövqeyini düzgün qiymətləndirmir. Onun sözlərinə görə, Ukraynanın Rusiya neft emalı zavodlarına hücumları Tramp administrasiyasının Kiyevə münasibətində yaranmış müsbət ab-havanı zəiflədir.
Məlumata görə, Vaşinqton Ukraynanın Rusiya neft emalı zavodlarına zərbələri dayandırmasını istəyir. ABŞ tərəfi bu hücumların yanacaq bazarına, o cümlədən ölkədəki yanacaq qiymətlərinə təsir göstərdiyini düşünür.
Zelenski isə Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumlarını dayandıracağı təqdirdə, Kiyevin də Rusiyanın enerji obyektlərinə zərbələri dayandırmağa hazır olduğunu bildirib.
Beləliklə, tərəflər arasında əsas fikir ayrılığı enerji obyektlərinə hücumların hansı şərtlərlə dayandırılması ilə bağlıdır. Vaşinqton Ukraynanın zərbələrini dayandırmasını tələb edir, Kiyev isə qarşılıqlı addım atılmasını istəyir.
Baxış sayı:117
Bu xəbər 12 Oktyabr 2026 09:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















