Icma.az
close
up
RU
“Trampın təzyiqi, Putinin inadkarlığı: sülhə aparan yol niyə hələ də bağlıdır?“ “The Wall Street Journal“

“Trampın təzyiqi, Putinin inadkarlığı: sülhə aparan yol niyə hələ də bağlıdır?“ “The Wall Street Journal“

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"Trampın vasitəçiliyi Rusiya və Ukraynanı sülhə yaxınlaşdırmayıb..."

ABŞ prezidenti Donald Trampın Vladimir Zelenskiyə təzyiq göstərməsinə baxmayaraq, nə Rusiya, nə də Ukrayna sülhə bir addım da yaxınlaşmayıb. Əksinə, tərəflər mövqelərini daha da sərtləşdirib.

Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.

Yaxınlaşma əvəzinə uzaqlaşma

Məlumata görə, Ukrayna prezidenti Vladimir Zelenski ilə Ağ Evdə keçirilən görüşdə Tramp açıq danışıb və Ukrayna liderinin təqdim etdiyi döyüş xəritələrinə baxmaqdan imtina edib. O, Zelenskiyə əsas məqsədinin müharibəni bitirmək olduğunu, lakin konkret ərazi nəticələrinə bağlı qalmadığını deyib.

Amerikalı rəsmilərin bildirdiyinə görə, Tramp Ukraynaya uzaqmənzilli "Tomahawk" raketlərinin yaxın zamanda verilməyəcəyini də açıq şəkildə bildirib. Sonradan Tramp etiraf edib ki, Zelenski və Putinin mövqeləri arasındakı uçurumu aradan qaldırmaq onun düşündüyündən qat-qat çətin imiş.

Jurnal qeyd edir ki, artıq münaqişə beşinci ilə qədəm qoyur, qurbanların sayı artır, hava hücumları həm Rusiyada, həm Ukraynada güclənir, Qərb müttəfiqlərinin maliyyə yükü isə ağırlaşır. Əsas mübahisə Donbas ətrafında cəmlənib: Kreml bu regionun tam nəzarətini ələ keçirmədən razılaşmaya getmək istəmir. ABŞ isə bəzən atəşkəs ideyasına açıq olsa da, Ukrayna və Avropa ölkələri belə güzəştləri qəti şəkildə rədd edir.

"Kreml geri çəkilmir, yalnız kapitulyasiya ssenarisini qəbul edir"

Amerikanın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) öz hesabatında bildirir ki, Kreml hələ də Ukraynanın tam kapitulyasiyasından azına razı deyil. Rusiya bu məqsəd uğrunda həm maddi, həm də insan resurslarını sərf etməyə hazırdır. Analitiklərin fikrincə, Moskva cəbhədə əldə etdiyi cüzi irəliləyişləri "qaçılmaz qələbə" kimi təqdim edir, lakin bu, gerçək vəziyyəti pərdələmək cəhdidir.

ISW qeyd edir ki, Rusiya ordusu irəliləsə də, bu, "sürünən və qanlı" xarakter daşıyır. Hər addım böyük itkilər bahasına başa gəlir və strateji nəticə yoxdur. Kremlin inadı və kompromisdən imtinası sülhün başlıca qarşısını alan amildir.

Ukraynanın ehtiyat qoşunlarının rəhbəri İvan Timoçko isə bildirib ki, Putin "Tomahawk" raketlərinin müzakirəsindən belə qorxuya düşüb. Onun fikrincə, Putin Donbası tələb etməklə həm Ukraynanın, həm də Qərb liderlərinin güzəştə meylini ölçür. Əgər o, Donetsk vilayətini tam ala bilməsə, bu, Rusiya hərbi elitaları arasında ciddi narazılıq yarada bilər.

Yeni diplomatik cəhdlər və Avropanın şərti

Tramp və Putinin Budapeştdə növbəti görüşü gündəmdə olsa da, əvvəlki cəhdlər, o cümlədən Alyaskadakı danışıqlar heç bir nəticə verməyib. CNN yazır ki, ABŞ Dövlət katibi Marko Rubionun Sergey Lavrovla görüşü təxirə salındığından, Budapeşt sammitinin də baş tutmaması mümkündür.

Fransa isə Rusiyanın atəşkəsə razılıq verməsi müqabilində Putinin Avropa İttifaqı ərazisinə, yəni Macarıstana uçuşuna icazə verməyi təklif edir. Fransa xarici işlər naziri Jan-Noel Barro açıq şəkildə deyib: "Putinin Avropa ərazisində olması yalnız bir halda məna kəsb edir - əgər bu, dərhal və şərtsiz atəşkəslə nəticələnəcəkdirsə".

Lakin reallıq budur ki, nə Trampın vasitəçiliyi, nə də Avropanın diplomatik səyləri nəticə verir. Rusiya kapitulyasiya istəyir, Ukrayna isə suverenliyindən vaz keçmir. Bu vəziyyətdə sülhə aparan yol hələ çox uzaq görünür, çünki tərəflərdən heç biri geri addım atmağa hazır deyil.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Oktyabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri