Icma.az
close
up
RU
Trampın xəbərdarlığı vəziyyəti 180 dərəcə DƏYİŞDİ Ukrayna üçün TARİXİ FÜRSƏT

Trampın xəbərdarlığı vəziyyəti 180 dərəcə DƏYİŞDİ Ukrayna üçün TARİXİ FÜRSƏT

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna müharibəsini tezliklə bitirəcəyilə bağlı ümidlərin puça çıxdığını deyəsən artıq ABŞ Prezidenti Donald Tramp özü də dərk etməyə başlayıb.
Belə ki, Tramp Nyu-Yorkda fransalı həmkarı Emmanuel Makronla görüşdə Rusiya Prezidenti Putinlə yaxşı münasibətlərinin gözlədiyinin əksinə olaraq, Ukraynadakı münaqişənin həllinə heç bir təsir göstərmədiyini etiraf edib.
 

MÖVZU İLƏ BAĞLI:
Tramp “köhnə qitə”dən ÜZ DÖNDƏRDİ – Rusiya Avropaya qarşı böyük hücuma BAŞLAYIR


“Rusiya bu müharibəni dayandırmalı idi. Artıq 3,5 il keçib, amma onlar hələ də ciddi irəliləyiş əldə edə bilməyiblər,” – deyə ABŞ prezidenti bəyan edib.
Tramp hətta irəli gedərək, Ukrayna torpaqlarının geri qaytarılması ilə bağlı bəyanatını bir daha təsdiqləyib:
“Bu, çox kədərli bir vəziyyətdir. Əksəriyyətiniz mənim bu yaxınlarda verdiyim açıqlamanı gördünüz… Mən bunu həqiqətən belə hiss edirəm. Qoy onlar (Ukrayna – red.) torpaqlarını geri alsınlar. Baxaq, hər şey necə nəticələnəcək”.
Bundan başqa, Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə Avropa İttifaqının öz dəstəyilə Ukraynanın sərhədlərini bərpa etməyə qadir olduğunu da diqqətə çatdırıb.
Belədə ABŞ Prezidenti əvvəlki tərəddüdlü və ziddiyyətli mövqelərindən fərqli olaraq indi birmənalı şəkildə Kiyevi dəstəklədiyini ortaya qoymuş olur.
Trampın bu açıqlaması həm də onun Rusiya ilə sülh ümidlərinin üzərindən birdəfəlik xətt çəkdiyinə işarə sayıla bilər.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirdi ki, Trampın açıqlamaları müxtəlif kontekstdən interpretasiya oluna bilər:
“Trampın bir çox hallarda ziddiyyətli açıqlamalarla gündəmə gəldiyini, bu gün dediyini sabahı gün əks arqumentlər gətirməklə başqa formada ifadə etdiyini nəzərə alsaq, o baxımdan konkret nəticə söyləmək mümkün deyil. Amma istənilən halda son açıqlamalar onu deməyə əsas verir ki, Tramp Putinin sülh istəmədiyini, müharibəni davam etdirdiyini, işğaldan əl çəkməyəcəyini özü üçün tam aydınlaşdırdığından artıq fərqli mövqe sərgiləyir”.
Deputat qeyd edir ki,  artıq Tramp da qısa müddət ərzində müharibəni dayndırmağın mümkün olmadığı qənaətinə gəlib:
 

“Əslində Rusiyanın sərgilədiyi hazırkı aqressiv möveyi Trampa Ukraynaya dəstəyi, Moskvaya münasibətdə isə təzyiqləri artırmaq, sanksiyaları gücləndirmək lazım olduğu qərarına gəlməyə imkan verib. Tramp Ukraynanın bütün işğal edilən ərazilərinin işğaldan azad olunacağını deməklə, həm də fərqli mövqe sərgiləməyə başladığını ortaya qoyur.


Ümid edək ki, sona qədər bu mövqeyi davam etdirəcək və bundan sonrakı dövrdə də Ukraynaya dəstək nümayiş etdirəcək. Bu eyni zamanda, ən azından indiki mərhələdə sülhə olan ümidlərin üzərindən xətt çəkildiyinə işarədir”.
Rüfət Sultan, Bizim.Media    

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 Sentyabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri