Icma.az
close
up
RU
Trampın yeni strategiyası: Zelenskini masaya gətirmək, ABŞ ni NATO dan uzaqlaşdırmaq TƏHLİL

Trampın yeni strategiyası: Zelenskini masaya gətirmək, ABŞ ni NATO dan uzaqlaşdırmaq TƏHLİL

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezident Donald Tramp Konqresdəki ilk çıxışı zamanı Ukrayna Prezidenti Volodimir Zelenskidən Ukraynanın sülh danışıqlarına başlamağa və ABŞ ilə mineral ehtiyatlarla bağlı sazişi yekunlaşdırmağa hazır olduğunu ifadə edən məktub aldığını elan etdi.

Məktubda “Mineral ehtiyatlar və təhlükəsizliklə bağlı sazişə gəldikdə, Ukrayna onu sizin üçün uyğun olan istənilən vaxt imzalamağa hazırdır”, - deyə bildirilir.

Trampın nikbinliyi

Məktub 28 fevral 2025-ci ildə iki lider arasında gərgin keçən və mineral sazişlə bağlı razılıq əldə edilmədən başa çatan görüşdən sonra yazılıb. Mineral ehtiyatlarla bağlı razılığın əldə olunmaması ABŞ-nim Ukraynaya hərbi yardımını dayandırmasına səbəb olub və bu, davam edən geosiyasi müzakirələrə ciddi təsir göstərib. Hərbi yardımın dayandırılması qərarından sonra isə Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə mineral ehtiyatlar sazişini imzalamağa hazır olduğunu bildirib.

Son məktuba cavab olaraq, Prezident Tramp münaqişənin sona çatması ilə bağlı nikbinliyini ifadə edib. Tramp hesab edir ki, həm Zelenski, həm də Putin danışıqlara açıqdır, bu da münaqişənin həll olunacağına ümidləri artırır.

Ukrayna üçün ən yaxşı təhlükəsizlik zəmanəti

Amerikalı politoloq Piter Teys APA-ya müsahibəsində Ukrayna ilə ABŞ arasında kritik minerallar haqqında sazişin imzalanmasını Ukrayna üçün ən yaxşı təhlükəsizlik zəmanəti kimi qiymətləndirib:ABŞ tarixinin ən zəif prezidenti olan Co Baydendən sonra Donald Trampın hakimiyyətə ikinci gəlişi ilə Amerika istisnaizmi nəhayət geri qayıdır. Vaşinqton və Kiyev arasında mineral sazişi imzalanarsa, ABŞ Ukraynanın Sovet İttifaqının süqutundan sonra kəşf etmədiyi kritik mineral ehtiyatlarının 70 faizindən çoxuna nəzarəti təmin edəcək. Qeyri-yanacaq mineral və ya materialın tədarük zəncirinin pozulması riski var, bu səbəbdən, ABŞ Milli Təhlükəsizlik Müşaviri Mayk Valtz və milyarder - sərmayəçi Stiv Vitkoff tərəfindən təmsil olunan ABŞ hökuməti, hələlik Moskva tərəfindən işğal edilməmiş bütün bölgələrdə Ukraynanın ərazi təhlükəsizliyini təmin etmək üçün faydalı qazıntılar üzrə razılaşma əldə etmək üçün Kiyevlə yorulmadan danışıqlar aparır. Bu ikitərəfli sövdələşmə nə qədər geciksə, Ukrayna üçün bir o qədər pis olacaq. Vladimir Zelenskinin verdiyi gecikmiş qərar onun Ağ Evə pijama ilə səfərindən cəmi üç gün sonra ortaya çıxıb. Oval kabinetə avtobus sürücüsünün geyim tərzində gəlişi və ABŞ hökumətinin təklif etdiyi mineral sazişini imzalamaqdan imtina etməsi Zelenskinin kobud səhvidir. O, Ukraynanın ərazi bütövlüyünü təhlükə altında qoyan qanqster kimi davranışı ilə ölkəsini məğlubiyyətə doğru aparır!”

Mineral anlaşması müharibənin xərclərini azaltmağa kömək edəcək

Piter Teys hesab edir ki, Tramp Administrasiyasının USAID-in fəaliyyətini dayandırması və böyük beynəlxalq şirkətləri ABŞ-yə investisiya yatırmağa cəlb etməsi, həmçinin, ABŞ-yə ixrac olunan mallara tariflər tətbiq etməsi qərarı dünyanın ən böyük xarici borcu olan ABŞ-nin (32 trilyon ABŞ dolları) iqtisadiyyatının gücləndirəcək.

Onun sözlərinə görə, ABŞ hökumətinin Ukraynaya təklif etdiyi mineral sazişi imzalanması ABŞ-nin bu müharibəyə görə sərf etdiyi vəsaiti qismən kompensasiya edəcək: "Oksid və nadir torpaq minerallarına dair saziş Ukraynada müharibənin xərclərini azaltmağa və Vaşinqtonun Kiyevə qrantlar şəklində ödədiyi 350 milyard ABŞ dollarından çox məbləği geri qaytarmağa kömək edəcək”.

Ukraynanın nadir torpaq elementləri, onların əhəmiyyəti

Ukrayna dünyanın nadir torpaq elementləri (NTE) yataqları baxımından potensialı yüksək olan ölkələrindən biridir. Bu elementlər elektronika, müdafiə sənayesi, yaşıl enerji texnologiyaları və bir çox digər strateji sahələr üçün həyati əhəmiyyət daşıyır. İttrium (Y), Neodim (Nd), Praseodim (Pr), Disprosium (Dy), Terbium (Tb), Lantan (La), Seryum (Ce), Europium (Eu) və sair kimi nadir torpaq elementləri, əsasən, Dnepr-Donetsk hövzəsində, Jitomir vilayətində və digər bölgələrdə yerləşən filiz yataqlarında mövcuddur.

Nadir torpaq elementləri müasir texnologiyada geniş istifadə olunur. Məsələn, Neodim və Praseodim güclü maqnitlərdə, smartfonlarda və kompüter çiplərində, Disprosium və Terbium külək turbinlərində və elektrik avtomobillərinin mühərriklərində əvəzolunmazdır. Bu elementlər, həmçinin, müdafiə, kosmik və aviasiya sənayesində istifadə olunur.

Avropa dövlətlərinin xeyrinə NATO rəhbərliyindən imtina

Trampın mövqeyi açıq şəkildə göstərir ki, ABŞ münaqişələrin maliyyələşdirilməsindən və NATO-ya rəhbərlik etməkdən geri çəkilərək Avropanı üzərinə daha çox məsuliyyət götürməyə təşviq edir. Bu addım, onun uzun müddətdir müdafiə etdiyi mövqeyə uyğundur. ABŞ qlobal təhlükəsizliyin maliyyə yükünü daşımalı deyil, bundan daha çox digər ölkələr faydalanır.

NATO rəhbərliyindən geri çəkilməklə Tramp göstərir ki, ABŞ artıq alyansın əsas qüvvəsi olmaq istəmir və Avropa ölkələrindən həm maliyyə, həm də strateji baxımdan daha çox öhdəlik götürmələrini gözləyir. Onun NATO müttəfiqlərinin müdafiə xərclərini artırmasını – potensial olaraq ÜDM-in 5%-nə qədər – tələb etməsi də bu dəyişikliyi daha da gücləndirir.

Amerikalı politoloq vurğulayıb ki, Prezident Donald Trampın Avropa İttifaqı və NATO kontekstində rəhbərlik mövqeyindən geri çəkilmək barədə bəyanatı doğru addımdır və həm Aİ ölkələrinin, həm də NATO-nun təhlükəsizliyi üçün ən faydalı seçimdir:

“Avropa İttifaqı müdafiə və təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi və bu sahəyə yatırılan investisiyalar baxımından ciddi şəkildə geri qalır. Artıq Ukraynada genişmiqyaslı müharibənin dördüncü ilinə qədəm qoymuşuq, lakin Aİ hələ də öz müdafiəsinə və ümumi təhlükəsizlik sisteminə daha çox maliyyə ayırmaq məsələsində tərəddüd içindədir. Belə açıq-aşkar zəif və səriştəsiz rəhbərlik fonunda Birləşmiş Ştatlar niyə əsas yükü öz üzərinə götürməli və Aİ ilə NATO üzvlərinin təhlükəsizliyi naminə amerikalı vergi ödəyicilərinin pullarını xərcləməlidir? Xüsusilə də, Aİ ölkələri 2014-cü ilin fevralından bəri Moskvanın Ukrayna ilə münaqişəsinə baxmayaraq, Rusiya ilə adi qaydada ticarət aparmağa davam etdiyi halda... Prezident Donald Trampın siyasi uzaqgörənliyi, eləcə də vitse-prezident Vensin dövlət idarəçiliyindəki mahirliyi ABŞ-ın müstəqillik dövründən bəri Tanrıdan aldığı ən böyük töhfələrdən biridir”.

Ukraynanın zəifləməsində Nunn-Luqar proqramının rolu

Piter Teys Ukraynanın hazırkı çətin duruma düşməsində məşhur Nunn-Luqar proqramının roluna da toxunub.

“Nunn-Luqar Təhdidlərin Birgə Azaldılması proqramı keçmiş Sovet İttifaqında nüvə silahı arsenallarının deeskalasiyasına tarixi və əsas töhfə olsa da, bu layihə Ukrayna üçün fəlakətli oldu və onun silahlı qüvvələrini tərksilah etdi. Bu proqram "Sovet İttifaqında nüvə və digər silahların daşınması, saxlanması, mühafizəsi və məhv edilməsi... və silahların yayılmasının qarşısının alınmasına yardım etmək üçün" istifadə edilmişdi. Nunn-Luqar proqramının töhfələrindən biri Sovet İttifaqına "strateji nüvə daşıma vasitələrinin sökülməsini sürətləndirmək üçün avadanlıqların çatdırılması" olub. Bu hərəkətlər Ukraynanı zəif vəziyyətə saldı, 2014-cü ildə müharibənin və Krımın ilhaqının əsas səbəbi oldu. Ukraynada nüvə başlıqlarının tərksilahı baş verməməli idi. Nunn-Luqar proqramı Rusiyadan kənarda keçmiş strateji silahları ləğv etdi və Təhlükəsizlik Təminatları üzrə Budapeşt Memorandumundan sonra Ukrayna üçün fəlakətli oldu”, - deyə amerikalı politoloq bildirib.

Vaşinqton-Moskva danışıqları geosiyasi maraqları təmin edəcək

Ekspertin fikrində, Prezident Donald J. Tramp həqiqətən də Avropaya sülh gətirməyə və Rusiya Federasiyası ilə Yalta Konfransından daha təsirli olacaq böyük bir razılaşma əldə etməyə sadiqdir.

“Vaşinqton və Moskvanın davam edən dialoqu böyük dövlətlərin daha yaxşı mövqe tutmasını təmin edəcək, ABŞ və Rusiya Federasiyasının Avrasiya, Afrika və onun hüdudlarından kənarda geosiyasi maraqlarının, təsir dairələrinin həyata keçirilməsini təmin edəcək”, - deyə ABŞ-dən olan politoloq bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://apa.az
archiveBu xəbər 06 Mart 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see293

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see235

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see209

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see174

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see172

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see167

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see166

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see147

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see145

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see145

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see135

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see133

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see125

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri