TRT Belgesel Zəfər Günü münasibətilə xüsusi sənədli film hazırladı: Qol Vuran Cəbhəyə Qarabağ
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin "TRT Belgesel" kanalının yaxın tarixə qapı açan və azadlıq mübarizələrini futbol pəncərəsindən anladan "Qol Vuran Cəbhə" sənədli serialında "Qarabağ"la bağlı bölümlər hazırlanıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Gzt.org xəbər yayıb.
İki seriyalı sənədli filmdə Azərbaycan xalqının illər boyu davam edən haqlı mübarizəsində "Qarabağ" futbol komandasının rolu, komandanın dünəndən bu günə uzanan təsirli hekayəsi və tarixi həqiqətlər əks olunur.
"Azadlığa gedən bu yolda və işğal müddətində davam edən müqavimətdə "Qarabağ" futbol komandası da mühüm bir simvol oldu. Stadionu bombalanan, futbolçuları şəhid olan, kapitanı cəbhədə qəhrəman bir komandirə çevrilən komanda meydandakı mübarizəsindən heç vaxt geri çəkilmədi. Bu güclü mübarizə çox mənalı hekayələr və uğurlarla bu günlərə qədər daşındı", - deyə filmdə bildirilib.
Prodüserliyini Volkan Kara, rejissorluğunu isə Adem Doğan edən "İsyap Sanat Yapım Prodüksiyon"un istehsalı olan filmin ilk bölümü zəfərin ildönümü münasibətilə bu gün yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00-da) yayımlanacaq.
"TRT Belgesel" Zəfər Günü münasibətilə xüsusi sənədli film hazırladı: "Qol Vuran Cəbhəyə - Qarabağ"
"TRT Belgesel" Zəfər Günü münasibətilə xüsusi sənədli film hazırladı: "Qol Vuran Cəbhəyə - Qarabağ"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 08 Noyabr 2024 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















