Icma.az
close
up
RU
Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlar” hazırıq

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlar” hazırıq

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 28 sentyabr, AZƏRTAC

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Prezidenti Tufan Erhürman Kipr probleminin həlli ilə bağlı bütün tərəflərlə “nəticəyə yönəlmiş danışıqlar” aparmağa hər zaman hazır olduqlarını bildirib.

AZƏRTAC xəbər verir ki, Kipr Türk Xəbər Agentliyinin (TAK) məlumatına görə, Erhürman Nyu-Yorkdakı görüşlərini qiymətləndirmək üçün Prezident sarayında mətbuat konfransı keçirib.

ŞKTC lideri Kipr probleminin həlli ilə bağlı bütün tərəflərlə səmərəli müzakirələr aparmağa həmişə hazır olduqlarını bildirərək deyib: “Biz təkcə görüş keçirmək və ya şəkil çəkmək üçün deyil, bizi həll yoluna aparacaq və uğurlu nəticələr verəcək “3+1” və ya “5+1” formatlarında görüş istəyirik”.

Erhürman həll yolu üçün vicdanla bütün səylərini göstərməyə davam edəcəklərini vurğulayıb və Nyu-Yorkdakı üçtərəfli görüşü rədd etmədiyini xatırladıb. O deyib: “Məqsədim irəliləyiş əldə etməkdir. Həll yolu, yoxsa danışıqlar istəyirik? İrəliləyiş üçün 7 məqam olduğu halda 19 yeni məqam gətirmək bişmiş yeməyə su əlavə etmək kimidir”.

Şimali Kipr Prezidenti görüşlərin Lefkoşada və ya Nikosiyada keçirilə biləcəyini, lakin onların məhsuldar olmalı olduğunu bildirərək qeyd edib: “Biz sadəcə görüşlər keçirmək xətrinə danışıqlar aparmayacağıq. Gəlin Lefkoşada marafon görüşləri keçirək və nəticə əldə edək. Bu səyləri qətiyyətlə davam etdirəcəyik, hər şeyi bütün tərəflərə izah edəcəyik və gündəmdə saxlayacağıq”.

O əlavə edib ki, BMT-nin Baş katibi Kiprə səfərinin sonunda “5+1” formatında görüş keçirmək istəyib və 7 bənd sadalayıb. Bu bəndlərə keçid məntəqələri, minatəmizləmə, adadakı fəlakətlərə birgə cavab, qeyri-qanuni miqrasiya, vətəndaş cəmiyyəti, idman və qarışıq nikahlardan doğulan uşaqlar daxildir.

Erhürman vurğulayıb ki, yunan Kiprinin liderinin son görüşdə 19 bəndlik yeni təklif təqdim etməsi “bişmiş yeməyə su qatmaq idi”.

Görüləsi çox iş olduğunu deyən və prosesi irəli aparmaqda qərarlılıq ifadə edən Şimali Kipr lideri uğurlu nəticə üçün şərait yaradıldıqda görüşlərə hazır olduqlarını bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Sentyabr 2026 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri