Tullantıdan elektrik enerjisinə gedən yol Zavoddan FOTOREPORTAJ
Icma.az, Oxu.az saytına istinadən bildirir.
İllik 500 min ton məişət tullantısı, o cümlədən 10 min ton tibbi tullantının yandırılmasından 200 milyon kvt/saata qədər elektrik enerjisi hasil etməklə il ərzində 100 min ev təsərrüfatını elektrik enerjisi ilə təmin edən Bərk Məişət Tullantılarının Yandırılması Zavodu 20 hektar ərazidə inşa edilib.
Dördüncü nəsil (4G) texnologiyalarının tətbiqi ilə qurulan zavod istehsal gücünə görə Şərqi Avropada və MDB məkanında bu tipli ən iri zavod hesab olunur, Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verir.
Yanma prosesindən sonra daha ağır və zərərsiz olan dib külü yol inşaatında tikinti materialı kimi istifadə oluna bilər. Yanma məhsulu olan tüstü külü isə xüsusi filtrlərlə tutularaq ətraf mühiti çirkləndirmir.
Bundan əlavə, tullantının yandırılması zamanı texnoloji avadanlıqları soyutmaq üçün istifadə edilən təchizat suyu da təmizləndikdən sonra axıdılır. Zavodun tullantı hədlərinin monitorinqi gündəlik olaraq həyata keçirilir və nəzarətdə saxlanılır.
PhotoStock.az-ın zavoddan hazırladığı fotoreportajı təqdim edirik:








Daha çox foto burada: Photostock.Az

