Azərbaycan və erməni nümayəndələr Həkəri çayı üzərində görüşdü 4 nəfər İrəvana aparıldı FOTO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Vaqif Xaçatryan, Gevorq Sucyan, David Davtyan və Vigen Eulcekcianı Ermənistana təhvil verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, təhvilvermə prosesi Həkəri çay üzərindəki körpüdə baş tutub.
N.Paşinyan Gevorq Sucyan, David Davtyan və Viken Eulcekcianın səhhətində problem yoxdur.
O qeyd edib ki, Vaqif Xaçatryanın səhhəti isə qənaətbəxş qiymətləndirilir, onlar İrəvana aparılırlar.
Xatırladaq ki, Davtyan David və Sucyan Gevorq casusluqda təqsirləndirilirdilər. Onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228 (qanunsuz silah saxlama), 276 (casusluq), 279 (qanunvericiliklə nəzərdə tutulmamış silahlı birləşmələrin və ya qrupların yaradılması), 318 (sərhədi qanunsuz keçmə) maddələri ilə ittiham olunurdular.
2021-ci il iyulun 28-də Azərbaycanda məhkəmə Davtyan və Sucyanı hər birini 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Oxunub 206
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 14 Yanvar 2026 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















