Icma.az
close
up
RU
Tunc dövründən Qafqaz Albaniyasına qədər Azərbaycanda şəhərsalmanın inkişafı araşdırılıb

Tunc dövründən Qafqaz Albaniyasına qədər Azərbaycanda şəhərsalmanın inkişafı araşdırılıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 27 aprel, AZƏRTAC

Azərbaycan ərazisində qədim şəhərsalma ənənələrinin formalaşması və inkişafı arxeoloji materiallar əsasında kompleks şəkildə öyrənilən mühüm elmi problemlərdən biridir. Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Nasir Quluzadə arxeoloji materiallar əsasında Azərbaycan ərazisində qədim şəhərsalma ənənələrini araşdırıb, şəhər mühitinin formalaşma mərhələlərini kompleks şəkildə təhlil edib. Onun sözlərinə görə, bu istiqamətdə aparılan tədqiqatlar göstərir ki, müxtəlif tarixi mərhələlərdə yaşayış məntəqələrinin quruluşu, planlaşdırılması və funksional bölgüsü şəhər mühitinin yaranma prosesini əks etdirir. Xüsusilə Tunc dövründən başlayaraq müdafiə sistemlərinin meydana çıxması və məskunlaşma strukturunda baş verən dəyişikliklər şəhərsalmanın ilkin əsaslarını formalaşdırıb.

Məskənlərin təpəlik və dağətəyi ərazilərdə yerləşdirilməsi və relyefdən müdafiə məqsədilə istifadə olunması həmin dövrdə təhlükəsizlik amilinin mühüm rol oynadığını göstərir. Bu xüsusiyyətlər həmin yaşayış məntəqələrinin prot-şəhər xarakteri daşıdığını sübut edir: “Bu mərhələyə aid Kültəpə II yaşayış yeri, Oğlanqala və Üzərliktəpə kimi abidələrdə planlı tikinti, müdafiə sistemləri və sənətkarlıq məhəllələrinin mövcudluğu müşahidə olunur. Yaşayış sahələri ilə təsərrüfat zonalarının ayrılması, tikililərin müəyyən qaydada yerləşdirilməsi və istehsal fəaliyyətinin təşkili şəhərsalmanın ilkin prinsiplərinin formalaşdığını göstərir”.

Tədqiqatçı qeyd edib ki, antik dövrdə və erkən orta əsrlərdə, xüsusilə Qafqaz Albaniyası mərhələsində Azərbaycan ərazisində şəhərsalma daha sistemli və kompleks xarakter alıb. Həmin dövrdə şəhərlər yalnız yaşayış məskəni deyil, həm də inzibati, iqtisadi və mədəni mərkəzlər kimi formalaşıb. Qəbələ kimi iri yaşayış məntəqələri inkişaf etmiş şəhər mühitinin formalaşmasını aydın şəkildə nümayiş etdirir.

Arxeoloji materiallara əsasən, şəhər strukturu müəyyən plan üzrə təşkil olunurdu: mərkəzdə inzibati və dini tikililər yerləşir, ətrafda isə yaşayış məhəllələri və sənətkarlıq zonaları formalaşırdı. Müdafiə divarları, bürclər və xəndəklər şəhərlərin təhlükəsizlik sisteminin ayrılmaz hissəsinə çevrilmişdi. Bu xüsusiyyətlər şəhərsalmanın daha inkişaf etmiş mərhələyə keçdiyini göstərir.

Onun sözlərinə görə, Qafqaz Albaniyası dövründə xristianlığın yayılması şəhərsalma strukturuna yeni məzmun gətirib. Kilsə və monastır kompleksləri yalnız dini deyil, həm də ictimai və mədəni həyatın mərkəzi kimi çıxış edib. Bu tikililər çox vaxt yaşayış məntəqələrinin əsas nüvəsini təşkil edib və onların ətrafında yeni məskunlaşma sahələri formalaşıb.

Bu baxımdan Kiş məbədi və Amaras monastırı kimi abidələr şəhərsalmanın ideoloji və funksional baxımdan yeni mərhələyə keçdiyini əks etdirir. Bu komplekslərdə tikinti texnologiyasının inkişafı, planlı memarlıq həlləri və məkanın mərkəzləşdirilməsi prinsipləri aydın şəkildə müşahidə olunur. Qafqaz Albaniyası mərhələsi Azərbaycan ərazisində şəhərsalmanın yalnız iqtisadi deyil, həm də dini və ideoloji əsaslar üzərində formalaşdığı dövr kimi səciyyələndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Aprel 2026 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri