Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Rusiyadan miqrantları üzən QƏRAR

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Turaclar uçub getdi, bostan da uralandı...

Turaclar uçub getdi, bostan da uralandı...

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İmişlinin Məzrəli kəndinin yerləşdiyi coğrafi ərazi isti iqlim tipinə aiddir. Burada yolboyu iydə, qovaq, çəkil ağacları ilə yanaşı, üzüm, nar, heyva, gavalı, fındıq  bağları da Məzrəliyə xüsusi yaraşıq verir. Aran zonasına daha çox xas olan pambıq tarlaları və bostan sahələri gözəl və cazibədar görünür.

Mən dağların təmiz havasına, bulaqların saf suyuna, təbiətin gözəlliklərinə öyrəşmişəm. Amma aran kəndinə səyahət etmək də könlümdən keçirdi. Yayda yandırıb-yaxan gündüz günəşinin istisi də, qış axşamlarında kənd evlərinin bacasından çıxan tüstüsü də mənə doğmadır. 

Məni bura çəkib gətirən həm də kənd ab-havası, kənd adamlarının təbii hisslərinin saflığı idi. Ötən il bu kənddə Qurban kişinin qonağı olduq. Həyətində çəmən çiçəyinin çayından içdik. Çox mehriban və gülərüzlü insandır... Şura hökuməti dönəmində kolxozda aqronom və briqadir işləyib. Əsil kənd, torpaq adamıdır. Bu kəndin tarixi keçmişi, dünəni və bu günü haqqında elə şövqlə danışırdı ki: “Mən kənd həyatının mənasını xeyli yaşlanandan sonra daha yaxşı dərk etməyə başladım. Zamanında kolxozda müxtəlif vəzifələrdə işləmişəm, ev, ailə, uşaq sahibi olmuşam. Uşaqlar böyüyüb, 4 övladımın hamısı təhsil və peşə sahibləridir. Mən də təqaüdçü ömrümü yaşayıram, mal-heyvan saxlayıram. Kəndin qayğıları çoxdur. Bu səbəbdən də darıxmağa vaxt yoxdur. Məni yaşadan da elə bu şirin kənd qayğılarıdır.” 

Qurban kişi təqvalı insandır. Sözümüz-söhbətimiz yaxşı tuturdu. Hiss edirdim ki, vaxtilə çox kitablar oxuyub. Evində kitabların çoxluğu da bundan xəbər verirdi. Mən Qurban kişiyə müqəddəs “Quran” kitabımızı və bir də təsbeh bağışladım. Dedi ki, xeyir-dualarını bizdən əsirgəməyəcək. 

...Məzrəlidə, sanki, təndir içindəydim. Qışdan canımda qalan soyuqdəymədən ta əsər-əlamət qalmamışdı. Yeri-göyü qarsan istiliyin əlindən köçümüzü sərin bir yerə çəkmək istəyirdik. Qurban kişinin oğlu Gündüz bostanın o başında görünən tənha qovaq ağacını göstərib dedi:

– Müəllim, axtardığımız sərinliyi o tənha qovağın kölgəsində tapa bilərik...

...Yaşı əsrə, başı qəsrə dayanan tənha qovağın dibində oturduq. Qovağın da, bizim də qəlbimizdə bir ümid parladı. Mən hələ uşaq yaşlarımdan ağaclarla insanların bir-birinə simsar, həyan olması  haqqında rəhmətlik atamdan eşitmişdim. Bu gün də kənd yerlərində ömrü ağaclara qulluq etməklə keçən, ağacın birini min eləyən insanlar var.

Məzrəlinin dağı, meşəsi olmasa da, buranın öz fərqli gözəlliyi var. Elə Gündüzün öz əlləri ilə bir-bir yığdığı böyürtkənlərin dadının da əvəzi yoxmuş:

Yeyirəm, deyirəm bu nə xəyaldır,
Bəlkə, yanılıram, yediyim baldır?!

Gündüzün daxili dünyasının zənginliyi hər sözündən-söhbətindən aydın olur. Məzrəlidən ayrılanda mənə bir-iki dənə də şamama verdi. Dedi ki, bu yemişin ətrini duyduqca, kəndimizi yaddan çıxarmayacaqsınız...

...Bakıya qayıtdım. Evimizdəki balaca iş otağım Məzrəli şamamasının ətrinə bələndi. Aylarla evimizdən şamama ətri çəkilmədi. Bu da Məzrəli kəndindən yadda qalan ətirli və xətirli bir xatirəyə döndü. Qurban kişiyə minnətdarlıq duyğusu ilə telefon açıb dedim:

– Haqqını halal eylə, Qurban kişi!

 Qurban kişi dedi ki, halal xoşunuz olsun. Evin ruzisi də, elin bini-bərəkəti də qonaqla gələr. Siz gedəndən sonra turaclar da uçub getdi, bostan uralandı, şamamalar tağdan aralandı...

Bu ətirli duyğular səbəbindən könlümdən yenə bir yay günü bostanda şamamanı tağdan qoparıb qoxlamaq, xallı turacların nəğməsini dinləmək keçir. Xəyalım yenə Məzrəlinin tağlar başındakı tənha qovağın kölgəsindən dolanıb geri qayıdır. Ətirli və xətirli duyğularım dilə gəlir:

Bürküləri yara-yara,
Gəldim yollar yora-yora,
Demə sən hara, mən hara?!
Mənə, Məzrəli, Məzrəli.
Şəhərlərə yovuşmazam,
Mən ki, tel-tel ötən sazam,
Gərək sənə şeir yazam,
Sənə, Məzrəli, Məzrəli.
Var taxçası, var daxılı,
Bostançın şirin yuxulu,
Yatır şamama qoxulu,
Yenə, Məzrəli, Məzrəli.
Gün vurub, otlar saralı,
Böyürtkənlər qaralı,
Nə yazım səndən aralı
Günə, Məzrəli, Məzrəli?!

Həzi HƏSƏNLİ, 
şair- publisist

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 May 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see861

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see360

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see313

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see295

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see212

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see204

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see201

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see199

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see195

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see194

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see191

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see187

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see183

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see180

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see177

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see176

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see165

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see163

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see162

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri