Icma.az
close
up
RU
Tural Gəncəliyev: Sülhə aparan ən uğurlu yol vasitəçilərsiz, təkbətək formatlı danışıqlardır

Tural Gəncəliyev: Sülhə aparan ən uğurlu yol vasitəçilərsiz, təkbətək formatlı danışıqlardır

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşünü tarixi hesab etmək olar. Görüşdə üçüncü tərəfin iştirakının olmaması müsbət haldır. Ermənistan ilə Azərbaycan arasında sülh prosesinin və yaxın gələcəkdə sülh müqaviləsinə aparan ən doğru yol məhz vasitəçilərsiz, ikitərəfli formatda danışıqlardır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, bu görüşdən gözləntilər müsbətdir və Azərbaycan müharibə başa çatandan bəri sülh prosesinə sadiq qalaraq bu istiqamətdə təşəbbüskar mövqe nümayiş etdirib. Bu, eyni zamanda, danışıqların davam etdirilməsi və konstruktiv atmosferin formalaşmasında önəmli rol oynayıb. Sülh müqaviləsinin layihəsini hazırlayıb Ermənistana ilk təqdim edən də məhz Azərbaycan tərəfi olub. Biz hər zaman sülh danışıqlarına və bunun iki ölkə arasında birbaşa, vasitəçilərsiz aparılmasının daha uğurlu format olduğuna inanmışıq.

“Əbu-Dabi bu görüşün keçirilməsi üçün, sadəcə, məkan rolu oynayıb. Bu da mühüm məqamdır, çünki bəzən üçüncü tərəflərin öz gizli gündəlikləri, milli maraqları ola bilər və bunun danışıqlara mənfi təsir göstərmə ehtimalı var. Hesab edirəm ki, bu görüş yekun sülh sazişinin imzalanmasına aparan səmərəli bir yolun başlanğıcıdır. Eyni zamanda, bu görüş bir daha dünyaya göstərir ki, ikitərəfli format sülh üçün ən uğurlu modeldir”, - deyə Milli Məclisin deputatı əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyul 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri