“Turan Tovuz” azərbaycanlı futbolçu ilə anlaşa bilməyib legioner axtarır
Idmanxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Transfer çalışmalarını davam etdirən “Turan Tovuz” yeni oyunçu axtarışındadır. Komanda hazırda sol cinah müdafiəçisi üçün bir neçə futbolçu nəzərdən keçirir.
Daha öncə bu mövqeyə Slavik Alxasov düşünülsə də, müdafiəçinin Tovuz klubuna keçidi alınmayıb. Tərəflər maliyyə məsələsində anlaşa bilməyiblər.
Bunun ardından Alxasov “Araz Naxçıvan”la müqavilə uzadıb və daha bir il Naxçıvan təmsilçisində çıxış edəcək. 32 yaşlı müdafiəçi ötən mövsüm “Araz Naxçıvan”da 30 oyun keçirib.
Tovuz klubu isə bu mövqeyə axtarışlarını davam etdirir.
Azərbaycanlı müdafiəçinin komandaya transferinin alınmamasınıın ardından rəhbərlik həmin mövqeyə əcnəbi futbolçu cəlb etməyi düşünür.
İdmanxeber.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 22 İyul 2025 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















