Icma.az
close
up
RU
Turan Tovuz əvvəl oynamaq istəmədi, sonra Şamax nı uddu

Turan Tovuz əvvəl oynamaq istəmədi, sonra Şamax nı uddu

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Şamaxı - Turan Tovuz 0:1 (0:1)
1. Rikardo Fernandes – 5,5
17. Rafael Məhərrəmli (k) - 5,5
(60. Səbayıl Bağırov, 86) - qiymətsiz
5. Arsen Ağcabəyov - 6,0
6. Rauf Rüstəmli - 5,0
(30. Andrey Tırkovyanu, 59) - 5,0
82. Rüfət Abbasov - 6,0
24. Edqar Adilxanov - 5,5
(23. Murad Vəliyev, 81) - qiymətsiz
12. Maykl Tuik - 6,0
32. Vasiliye Radenoviç - 5,5
93. Brahim Konate - 5,5
66. Vasiliye Bakiç - 5,5
33. Alfons Msanqa - 6,5
(18. Cəlal Hüseynov, 86) - qiymətsiz
Ehtiyat oyunçular
85. Kamal Bayramov
62. Abdulla Seydəhmədov
14. Vüsal Məsimov
19. Fəxri Məmmədli
89. Cəfər Muxtarov
3. Vladislav Veremeyev
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Alfons Msanqa
1. İvan Konovalov - 6,0
17. Rəhim Sadıxov - 6,0
(13. Fərid Yusifli, 88) - qiymətsiz
10. Xəyal Nəcəfov - 5,5
(11. Ayxan Hüseynov, 62) - 5,5
88. Faiq Hacıyev - 6,0
7. İsmayıl Zülfüqarlı - 6,5
9. Kristian da Silva - 6,5
23. Alexandro Serrano - 6,5
15. Emmanuel Hakman (k) - 6,5
32. Hayderson Hurtado - 6,0
40. Kauan Martins - 5,5
(6. Araş Qaderi, 77) - qiymətsiz
21. Aleks Souza - 7,0
Ehtiyat oyunçular
41. Sergey Samok
71. Mehman Hacıyev
39. Sadiq Quliyev
33. Eltun Turabov
8. Tural Bayramlı
44. Rüfət Əhmədov
77. Veysəl Rzayev
30. Mircamal Əlizadə
29. Anton Kraçkovski
Baş məşqçi: Kurban Berdiyev
Komandanın ən yaxşısı: Aleks Souza
Qol: A.Souza, 30 (R.Sadıxov).
Vərəqələr: A.Souza, 46 (qeyri-idman hərəkəti). E.Adilxanov, 58 (qeyri-idman hərəkəti). B.Konate, 87 (hakimin qərarına etiraz). A.Ağcabəyov, 87 (hakimin qərarına etiraz). A.Hüseynov, 90+1 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: KAMAL UMUDLU, Vüsal Məmmədov, Şirməmməd Məmmədov, Kamran Əliyev (hamısı Bakı).
Hakim-inspektor: Feyzulla Feyzullayev (Bakı).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
23 fevral. Şamaxı. Şəhər stadionu. 600 tamaşaçı (2200 tamaşaçı).
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.

Son oyunlarda sabit nəticə göstərməkdə çətinlik çəkən "Turan Tovuz" "Araz-Naxçıvan" üzərində vacib qələbə qazanmaqla psixoloji durumunu yaxşılaşdırmağa nail olmuşdu. İndi matçı canlı izləyə bilməyən, dəqiq desək, yalnız həvəskar sosial şəbəkə istifadəçilərinin stadiondan "yutub" və "tiktok" kimi platformalarda başlatdığı yayınlara axın edən tovuzlular səbrsizliklə qələbə xəbərini gözləyirdi.

7-ci turdan bəri cəmi iki qələbə qazanan "Şamaxı"nın çətin vəziyyətindən də xəbərdarsız. Düzdü, çoxu, xüsusilə şamaxılı azarkeşlər təcrübəli Ayxan Abbasovun komandanı premyer-liqada saxlayacağına inanır. Lakin bunun üçün həm də xal ehtiyatını artırmaq, ən pis halda mövqeyini möhkəmləndirmək lazımdı ki, "şirlər" bu dəfə də istəyinə nail ola bilmədi. O başqa məsələ ki, hər iki komanda əlverişsiz hava şəraitinə rəğmən, yetərincə baxımlı və döyüşkən oyun tərziylə diqqəti çəkdi. Belədə təhlükəli vəziyyətləri çox gözləmək lazım gəlmədi.
Artıq 8-ci dəqiqədə Souza hesabı aça bilərdi. Lakin mövqeyini vaxtında tərk edən Fernandes topa sahib çıxdı. "Şamaxı"nın "cavab atəşi" də özünü çox gözlətmədi. "Şirlər" 11-ci dəqiqədə Alfons sayəsində rəqibin qapısına yol tapmağa cəhd etdi ki, Konovalov yerində idi. Meydan sahibləri bir qədər sonra yenidən rusiyalı qolkiperi seyvə məcbur etdi. Qapıçı 19-cu dəqiqədə Konatenin Tuikin ötürməsi sayəsində "çərçivə"yə istiqamətləndirdiyi topu qarşıladı. Dərhal əks-hücuma keçən "bozqurd" Rəhim üzündən fərqlənmək imkanını boşa verdi. Təcrübəli yarımmüdafiəçi İsmayılın ötürməsindən sonra hesabı aça bilərdi. Lakin Fernandes buna göz yummadı.
Komandaların bir müddət mərkəzdə davam edən mübarizəsi Konatenin təxminən 30 metrdən "çərçivə"ni nişan almaq cəhdiylə alovlandı. Konovalovun ustalıqla üzüağ çıxdığı sınaq "Turan Tovuz" üçün düşərli oldu. Qapıçı dərhal, dəqiq desək, 30-cu dəqiqədə topu qüvvətli zərbəylə önə göndərdi. Burda "kürə"ni qarşılayan Rəhim Souzaya ötürmə verdi və braziliyalı qapıçıyla təkbətək mübarizədən qalib ayrıldı. Düzü, ona mövqeyini vaxtında tərk etməyən qapıçı da "yardım etdi".
Birinci hissənin qalan dəqiqələrində meydan sahiblərinin intensiv hücumlarına, qonaqların qətiyyətlə müdafiə olunmasına şahidlik etdik. O başqa məsələ ki, 11 nəfərlə arxada "oturan" "bozqurd" "şirlər"in bir futbolçusunun belə zərbə üçün əlverişli mövqe əldə etməsinə imkan vermək istəmirdi. Cinahlarla irəliləyən "Şamaxı" son anda topu hava yoluyla cərimə meydançasına çatdırmaq istəsə də, gah qeyri-dəqiq ötürmələr, gah da rəqibin müdaxilələri Ayxan Abbasovun komandasına ciddi problem yaratdı. Meydan sahibləri yalnız 45+1-ci dəqiqədə hesabı bərabərləşdirə bilərdi. Amma Konovalov yenə yerində idi. Qapıçı bu dəfə Tuikin başla fərqlənmək arzusunu puç etdi.
İkinci yarının əvvəlində bərabərsəviyyəli mübarizəyə şahidlik etdik. Hər iki tərəf rəqibin hücuma çıxmasına mana olur, lazım gələndə kobudluğa əl atırdı. Hər halda, tədricən üstünlüyü ələ alan "Şamaxı" azı bir xal üçün irəli atılmağa macal tapdı. Lakin 64-cü dəqiqədə Tuik Konovalovun öhdəsindən gələ bilmədisə, 68-ci dəqiqədə Alfons qeyri-dəqiq zərbəylə yadda qaldı.
Hücumların şiddətini artıran meydan sahibləri növbəti cəhddə bəxtsizliklə üzləşdi. Dəqiq desək, müdafiəçilərin buraxdığı boşluqdan dərhal faydalanmaq istəyən Edqar 72-ci dəqiqədə dirəyi "nişan aldı". Bir qədər sonra Alfons daha bir uğursuz zərbəyə imza atdı. O, 81-ci dəqiqədə qeyri-dəqiqlik üzündən fürsəti dəyərləndirə bilmədi. Daha doğrusu, top tirin üstündən keçdi. "Turan Tovuz"un yaratdığı yeganə təhlükəli vəziyyət isə 90+3-cü dəqiqəyə təsadüf etdi. Serrano yaxın məsafədən "çərçivə"ni dəqiq nişan ala bilmədi.
Xal ehtiyatını 42-yə çatdıran "Turan Tovuz" ilk "dördlük"dəki mövqeyini bir qədər də möhkəmləndirdi. "Şamaxı"nın isə üzərindən qara buludlar çəkilmir. "Şirlər" sonuncu pillədəki "Səbail"dən cəmi 3 xal öndədi ki, bu da təhlükənin davam etməsi deməkdi.
Gözdən qaçmadı
* "Turan Tovuz"un futbolçuları matçın ilk dəqiqələrində xeyli kobudluq etsə də, Kamal Umudlu epizodlara müdaxilə etmirdi. Bu, Ayxan Abbasovun qəzəblənməsinə səbəb oldu, mütəxəssis dəfələrlə yüksək səslə irad bildirdi. 6-cı dəqiqədə ədalət təmsilçisindən şifahi xəbərdarlıq eşidən baş məşqçi ara-sıra yenə eyni davranışı sərgiləməyə davam etdiyindən 32-ci dəqiqədə sarı vərəqə aldı. Umudlu 2-ci hissəsinin start fitindən əvvəl Abbasovla qısa söhbət etdi. Nə danışdıqları anlaşılmasa da, mütəxəssisin referinin dediklərini təsdiqlədiyi görünürdü.
* "Ultras Turan" Ağsu aşırımında əlverişsiz şəraitlə üzləşdiyi üçün Tovuza qayıtmağa məcbur olsa da, şamaxılı azarkeşlər tribunalarda və öz ampluasında idi. Onlar oyun ərzində həm rəqibə, həm də hakimlər briqadasına sözlə təzyiq etdilər. Sevimli komandalarını isə davul və balabanın ifasında qələbəyə səslədilər. Maraqlıdı ki, Kamal Umudlu bir neçə epizodda məhz hımin tərəfdarların ciddi xəbərdarlığı sayəsində yerdə qalan futbolçunu gördü və oyunu saxladı. Yeri gəlmişkən, tribunada "Turan Tovuz"u dəstəkləyən 15-20 azarkeş var idi.
* Kurban Berdıyev matçın sonlarında yaxınlığında olan Faiq Hacıyevə irad bildirsə də, futbolçu əl hərəkətiylə onu dinləmək istəmədiyini bildirdi.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:307
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Fevral 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri