Türk dövlətləri fintex sahəsində əməkdaşlığı Bakıda müzakirə edir
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda Türk dövlətlərinin maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsinə həsr olunmuş fintex forumu keçirilir.
“APA-Economics” xəbər verir ki, Türkiyə Ticarət Nazirliyi və Türk Dövlətləri Fintex Alyansının (TURKFIN) iştirakı ilə təşkil olunan tədbirə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın maliyyə və bank sektorlarının nümayəndələri qatılıblar.
Forumun açılışında Azərbaycan Mərkəzi Bankı sədrinin müavini Vüsal Xəlilov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və digər rəsmi şəxslərin çıxışları nəzərdə tutulub.
Tədbir çərçivəsində rəqəmsal ödənişlərin gələcəyi, ortaq tənzimləmə yanaşmaları, yeni nəsil ödəniş texnologiyaları və regional əməkdaşlıq imkanları müzakirə olunacaq.
Forumun sonunda şirkətlər arasında ikitərəfli biznes görüşləri (B2B) keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 13 Oktyabr 2026 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















