Icma.az
close
up
RU
Türk Dövlətləri Təşkilatı Afrika dövlətləri üçün doğru müttəfiq və nicat yoludur RƏY

Türk Dövlətləri Təşkilatı Afrika dövlətləri üçün doğru müttəfiq və nicat yoludur RƏY

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türk Dövlətləri Təşkilatı (TDT) Afrika dövlətləri üçün doğru müttəfiq və nicat yoludur.

Bu barədə “Report”a açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı danışıb.

Ekspert hesab edir ki, hazırkı dövrdə TDT ilə Afrika İttifaqı arasında əlaqələrin genişlənməsi təbiidir. Onun sözlərinə görə, Afrika yeni beynəlxalq münasibətlər sisteminin əsas mübarizə sahələrindən biridir.

“Afrika klassik, uzunmüddətli müstəmləkə ərazisi olub. Soyuq Müharibənin başa çatması ilə paralel mərhələdə Afrika uğrunda mübarizə daha da gərginləşib. Afrika müəyyən bir mərhələdə ucuz işçi qüvvəsi, hətta qul bazarı kimi istismar ərazisi olub. Daha sonra isə təbii ehtiyatları talanıb”, - deyə politoloq tarixi xatırlatma edib.

Müsahib vurğulayıb ki, bu baxımdan Afrika müasir imperialist mübarizənin əsas rəqabət sahələrindən biridir və bundan xilas olmağa çalışır: “Yeni dövrdə, xüsusilə İkinci Dünya müharibəsindən sonra Afrikadakı dövlətlərin beynəlxalq münasibətlər sistemində sayı artıb, onlar bu sistemin bərabərhüquqlu üzvləri olmağa çalışırlar”.

Araz Aslanlı

Politoloq qeyd edib ki, Türkiyə istisna olmaqla türk dövlətləri də müasir beynəlxalq münasibətlər sisteminin yeni oyunçularıdır:

“Tarixin müxtəlif dövlərində bu sistemdə böyük dövlətlər kimi çıxış ediblər. Yeni sistemdə isə bunlar ilk mərhələdə müstəqilliklərini gücləndirmə, ərazi bütövlüklərini qorumaqla məşğul idilər. Yəni daha zəif inteqrasiya ilə məşğul idilər. Amma son illərdə bu inteqrasiya sürətlə gedir və TDT-nin formalaşmasından sonrakı mərhələdə həm regional, həm də qlobal kontekstdə mövqe daha aydın ortaya qoyulur”.

A.Aslanlı diqqətə çatdırıb ki, türk dövlətlərinin aydın mövqeyinin bir istiqaməti də Afrika ilə bağlıdır.

“Bu istiqamətdə ilk Türkiyə fəaliyyətə başladı. Daha sonra digər türk dövlətləri böyük güclərin Afrikaya yanaşmalarını, Afrikaya qarşı yürüdülən siyasəti rədd etdilər və hazırda Afrikaya beynəlxalq münasibətlər sisteminin bərabərhüquqlu üzvü kimi baxırlar, nəticədə normal münasibətləri inkişaf etdirmək istəyirlər”, - ekspert əlavə edib.

Həmsöhbətimiz bildirib ki, Afrika ilə bağlı yanaşma həm TDT, həm də Afrika dövlətləri üçün vacib, doğru və beynəlxalq hüquq baxımından faydalıdır:

“Çünki onların yardıma ehtiyacı var. Qlobal çərçivədə münasibətlər sistemi Afrika dövlətləri üçün dəyişməlidir. Bu mənada TDT Afrika dövlətləri üçün doğru müttəfiq və nicat yoludur. Sonuncu dəfə TDT-nin Bişkekdəki Zirvəsində bununla bağlı xüsusi qərar qəbul olundu. Amma ondan əvvəl pandemiya dövründə də ciddi dəstək vardı. Türk dövlətləri həm ayrı-ayrılıqda, həm də TDT çərçivəsində Afrikaya dəstək göstərirdilər. Bu mənada Afrika dövlətləri və Afrika İttifaqı ilə TDT-nin və ayrılıqda türk dövlətlərinin münasibətlərinin geniş potensialı var. Hazırkı gedişat onu göstərir ki, bu münasibətlər daha da dərinləşəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://report.az
archiveBu xəbər 11 Fevral 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri