Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin diaspor qurumlarının rəsmiləri üçün II “INTERNSHIP” proqramı başa çatıb
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin diaspor qurumlarının rəsmiləri üçün II “INTERNSHIP” (təcrübə) proqramı başa çatıb. İştirakçılar proqram çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsində olublar. Onlar Komitənin strukturu, həyata keçirilən layihələr barədə bilgiləndiriblər. Komitənin şöbələrinin məsul əməkdaşları təqdimatlarla iş prosesi barədə ətraflı məlumat veriblər.
Qonaqlar, eyni zamanda Diaspor TV-nin studiyası ilə tanış olublar. Onlara televiziyanın fəaliyyəti, yayımlanan proqramlar və media işinin diaspor siyasətində rolu haqqında danışılıb. İştirakçılar Diaspor TV-yə müsahibə verərək səfərləri və “INTERNSHIP” proqramı ilə bağlı təəssüratlarını bölüşüblər.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Heydər Əliyev Mərkəzində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin diaspor qurumlarının rəsmilərinə Ulu Öndərin həyat və fəaliyyətdən geniş bəhs edilib, aidiyyəti eksponatlar göstərilib.
Rəsmilər, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub, icraçı direktorla görüşüblər. Onlar Azərbaycanın çoxmədəniyyətli dəyərləri və multikulturalizm siyasəti, eləcə də mərkəzin fəaliyyəti haqqında məlumatlandırılıblar.
Xalça Muzeyi və Qobustan Milli Parkında qonaqlar ölkəmizin milli sənət nümunələri və qədim tarixini əks etdirən abidələrlə yaxından tanış olublar.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin diaspor qurumlarının rəsmiləri üçün II “INTERNSHIP” (təcrübə) proqramının iştirakçıları Qazaxıstan Respublikasının “Otandastar” Fondunun vitse-prezidenti Alibek Jurkadam, Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər və Xaricdəki Soydaşlar məsələləri Komitəsinin nümayəndəsi Sardor Maxamadiyev, Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyinin Birinci katibi Dilşad Şenol, Türkiyə Respublikasının Xaricdə yaşayan Türklər və Əqraba İcmaları İdarəsinin nümayəndəsi Ömer Seyithanoğlu və Macarıstanın Xaricdəki Macar İcmalarının Tədqiqat İnstitutunun tədqiqatçısı Daniel Gazsodur.
Mustafa Kamal
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 21 Oktyabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















