Icma.az
close
up
RU
“Türk dünyası və Piri Türküstan: Yəsəvi yolu və irsi” beynəlxalq konfrans

“Türk dünyası və Piri Türküstan: Yəsəvi yolu və irsi” beynəlxalq konfrans

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 26 may, AZƏRTAC

Mayın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Türk dünyası və Piri Türküstan: Yəsəvi yolu və irsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, konfransın əsas məqsədi böyük türk sufi alimi Xoca Əhməd Yəsəvinin mənəvi və mədəni irsinin Türk dünyasında rolu və əhəmiyyətini elmi aspektdən araşdırmaq, bu irsin müasir dövrdəki təsirlərini işıqlandırmaq və ortaq mədəni yaddaşı möhkəmləndirməkdir.

Konfrans çərçivəsində ADPU-nun rektoru professor Cəfər Cəfərov, beynəlxalq əlqələr üzrə prorektor professor Mahirə Hüseynova, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov ilə iştirakçılar arasında görüş keçirilib, elm və təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

ADPU-nun rektoru professor Cəfər Cəfərov konfransı açaraq, Xoca Əhməd Yəsəvinin Türk dünyasında mənəvi və mədəni rolu haqqında çıxış edib. Daha sonra Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Araz Aslanlı, Ankara Hacı Bayram Vəli Universitetinin prorektoru professor Mətin Orbay, konfransın Təşkilat Komitəsinin üzvü professor Sədullah Gültən çıxış ediblər.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyevin moderatorluğu ilə keçirilən konfransın açılış panelində Türkiyənin Milli Müdafiə Universitetinin dekanı professor İbrahim Ethem Atnur “Türkiyə-Azərbaycan münasibətlərinin dünəni, bu günü və sabahı”, Ankara Universitetindən professoru Abdullah Gündoğdu isə “Şah İsmayıl və Türk dünyası” mövzularında çıxış edərək Türk dünyası və Azərbaycan–Türkiyə münasibətlərinin tarixi, mədəni və siyasi aspektlərini müzakirə ediblər.

Konfransın birinci panelində “Əhməd Yəsəvinin qəbilə mənsubiyyəti haqqında görüşlər”, “Xoca Əhməd Yəsəvinin mənəvi irsinin təhlili: mənqəbələrin ruhani yolçuluğu”, “Osmanlı paytaxtında Yəsəvi irsi: XIX əsrdə özbək təkkələri”, “Yəsəvilik qaynaqları ilə bağlı mübahisələr və yeni yanaşmalar”, “Əhməd Yəsəvi irsi: türk xalqlarının ortaq mədəniyyət nümunəsi kimi” mövzularında məruzələr dinlənilib. İkinci paneldə isə “Anadolunun fəthində Xoy mənşəli mütəsəvviflər”, “Türkiyədə milli kimliyin formalaşmasında din anlayışı: Yəsəvilik nümunəsi”, “Əhməd Yəsəvi türbəsinin dünya şöhrəti və turizm potensialı”, “Türk dünyasında müqəddəs məkanlar və onların sosial funksiyaları”, “Övliya Çələbiyə görə Azərbaycanda yəsəvilik izləri” və “Bakı və onun tarixi kimliyi” mövzularında çıxışlar olub.

Konfransda, həmçinin Özbəkistanın Fərqanə Universitetinin nümayəndələri iştirak ediblər.

Tədbir zamanı Əhməd Yəsəvinin tarixi şəxsiyyəti, mənəvi irsi, yəsəvilik düşüncəsinin Osmanlı və Azərbaycan ərazilərində yayılması, müqəddəs məkanların sosial funksiyaları, Yəsəvi türbəsinin turizm potensialı və digər aktual mövzular geniş şəkildə müzakirə olunub.

Qeyd edək ki, konfranslar silsiləsi Ankara Hacı Bayram Vəli Universiteti tərəfindən irəli sürülən layihə əsasında türkdilli dövlətlərdə mənəvi birliyi möhkəmlətmək məqsədi ilə icra olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2025 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri