Türk Dünyası Yazıçıları Simpoziumu Kamal Abdullaya həsr olunacaq
Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.
Türk dünyasının görkəmli alimi və yazıçısı professor Kamal Abdullanın 75 illik yubileyi münasibətilə Ankarada “Beynəlxalq Türk Dünyası Yazıçıları Simpoziumu – I” keçiriləcək.
Kulis.az xəbər verir ki, tədbir 27 oktyabr 2025-ci il tarixində saat 10:00-da Türk Mədəniyyətini Araşdırma İnstitutunun təşəbbüsü ilə baş tutacaq.
Simpozium Türk Evində (Çankaya, Bahçelievler 7-ci küçə, 69-cu məhəllə, Şəhid Mehmet Aras küçəsi, №38) keçiriləcək.
Simpozium professor Kamal Abdullanın elmi və ədəbi yaradıcılığına həsr olunur. Tədbirin açılışında protokol çıxışları, dostların xüsusi çıxışları, üç elmi sessiya və kokteyl proqramı nəzərdə tutulur.
Layihənin təşkilatçısı, Türk Mədəniyyətini Araşdırma İnstitutunun direktoru professor Ahmet Bican Ercilasun bildirib ki, bu simpozium Türk dünyası yazıçılarını bir yerə toplayaraq ortaq ədəbi və elmi dəyərlərin paylaşılmasına imkan yaradacaq.
Azərbaycan Moldovanın etnomədəni festivalında Popun Mona Lizası: David Bovinin məşhur əsəri satışda “Nine Senses Art Center”da “Hekayələrin elçiləri” adlı sərgi keçirilib

