Icma.az
close
up
RU
“Türk Dünyasında Sualtı Mədəni Mirasın Qorunması İstiqamətində Xüsusi Panel”i təşkil edildi

“Türk Dünyasında Sualtı Mədəni Mirasın Qorunması İstiqamətində Xüsusi Panel”i təşkil edildi

Icma.az bildirir, Bakupost portalına istinadən.


Türk Mədəniyyəti və İrsi Fondu (TMİF) və TİKA-nın birgə əməkdaşlığı və Akdeniz Universiteti, Sualtı Arxeologiya Tədqiqat və Tətbiq Mərkəzi və Kəmər Təbliğat Fondu (KETAV) təşkilatçılığı ilə keçirilən 24-cü Beynəlxalq Kəmər Sualtı Günləri çərçivəsində “Türk Dünyasında Sualtı Mədəni Mirasın Qorunması İstiqamətində Xüsusi Panel” baş tutub.

TMİF-dən Bakupost.az -a verilən məlumata görə, panel TMİF-in prezidenti Aktotı Raimkulovanın açılış nitqinin Fondun layihə rəhbəri Nuri Aksu tərəfindən səsləndirilməsi ilə başlayıb. Prezidentin çıxışında sualtı mədəni irsin qorunmasının Türk dünyasının ortaq tarixi mirasının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb, bu sahədə birgə layihələrin hazırlanmasına dair çağırış səsləndirilib.

Panel proqramı, Fondun layihə rəhbəri Nuri Aksunun moderatoluğu altında, altı ölkənin təqdimatları ilə davam edib:

Azərbaycan Mədəniyyət Nazirliyinin iclasdakı nümayəndəsi Mahir Qəhrəmanov öz çıxışında Azərbaycanda sualtı arxeologiyanın üç dövrü əhatə edən tarixi inkişaf mərhələləri barədə məlumat təqdim edib. Bayıl qalası (Səbayıl qəsri) və Xəzər dənizi sahilindəki mühüm arxeoloji xarabalıqlar üzərində aparılan tədqiqatlardan bəhs olunan təqdimatda 1938-ci ildən bu günə qədər 4000-dən artıq tarixi obyektin müəyyən edildiyi vurğulanıb. Onun sözlərinə görə, 2024-cü ildə Xəzər Arxeoloji Ekspedisiyası tərəfindən Pirallahı və Zirə bölgəsində aparılan tədqiqatlar nəticəsində batmış gəmilər aşkar edilib.

Esik Dövlət Tarix və Mədəniyyət Muzeyi Qoruğunun nümayəndəsi Dosım Zikiriyanın Qazaxıstandakı sualtı irs ilə bağlı çıxışı zamanı Manqıstau bölgəsi, Ketikqala Limanı və Fort-Şevçenko kimi mühüm sualtı mədəni irs sahələri təqdim olunub. Zikiriya, 2020-ci ildə Xəzər dənizində aşkar olunan tarixi neft tankerinin ölkədə sualtı irsə marağı artırdığını qeyd edib. O, həmçinin Sarayşık şəhəri (orta əsrlərə aid) kimi qismən su altında qalmış ərazilərdə aparılan araşdırmalar haqqında da məlumat verib. Təqdimatda Qazaxıstanda mədəni dalğıc turizminin potensialı xüsusi vurğulanıb.

Qırğızıstanın Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin mütəxəssisi Aypəri Stanaliyeva öz təqdimatında 2023–2024-cü illərdə İssık Gölünün şimal sahilində aparılan tədqiqatlara toxunub. Stanalieva, Toru-Aygır bölgəsində həyata keçirilən sonar sistemi ilə edilən axtarışlar və dalışlar nəticəsində kərpic tikililər, təndir qalıqları və sənaye komplekslərinin izlərinin aşkar edildiyini qeyd edib. O, həmçinin aparılan araşdırmalarda Son Orta əsrlərə aid keramika nümunələri və heyvan sümüklərinin tapıldığını əlavə edib. Təqdimatda fotoqrammetriya və 3D modelləşdirmə texnikalarının tətbiqi ilə bu tikililərin qorunması və yenidən qurulması məqsədilə rəqəmsal infrastrukturun formalaşdırıldığı vurğulanıb.

Akdeniz Universiteti Sualtı Arxeologiyası Tədqiqat və Tətbiq Mərkəzinin direktoru və 24-cü Beynəlxalq Kəmər Sualtı Günlərinin təşkilatçısı dosent Hakan Öniz öz təqdimatında Uluburun və Gelidonya batıqları kimi beynəlxalq tanınmış arxeoloji kəşflərdən bəhs edərək Türkiyənin sualtı mədəni irsinə dair təcrübəsini iştirakçılarla bölüşüb. Dosent Dr. Öniz Türkiyədə YUNESKO meyarlarına uyğun şəkildə həyata keçirilən sualtı irsin mühafizəsi siyasətləri və tədris proqramları haqqında məlumat verib. O, Türk dünyasından olan iştirakçılara Türkiyənin sualtı irsi sahəsindəki təcrübəsini bölüşməyi təklif edib. Dosent Dr. Öniz bu xüsusi panelin təşkilinə görə Türk Mədəniyyəti və İrsi Fonduna təşəkkürünü bildirib.

Macarıstandakı sualtı irsi üzrə tədqiqatlardan bəhs edən Arpad Muzeyinin nümayəndəsi Dr. Attila Tot, Dunay çayı boyunca aparılan araşdırmalar çərçivəsində Osmanlı dövrünə aid sualtı tikililərin sənədləşdirilməsinə diqqət yetirildiyini bildirib. O, çay yatağında aşkar olunan batmış qalıqları və körpü əsaslarının Türk–Macar ortaq tarixinə işıq saldığını qeyd edib. Dr. Tot, həmçinin tələbələrlə birlikdə həyata keçirilən areal tətbiqləri və rəqəmsal xəritələşdirmə layihələrindən nümunələr təqdim edib.

Özbəkistan Mədəni İrs Agentliyinin nümayəndəsi Baxtiyor Amatov çıxışında Aral gölü və ətraf ərazilərdə yerləşən tarixi məskənlərin dəyişən su səviyyələri nəticəsində necə su altında qaldığından bəhs edərək, burada inkişaf etməkdə olan turizm fəaliyyətləri haqqında məlumat verib. Amatov, bu toplantını təşkil etdiyinə görə Türk Mədəniyyəti və İrsi Fonduna təşəkkürünü bildirərək, bu istiqamətdə həyata keçirilən işlərin və əməkdaşlıqların artaraq davam etməsindən duyduğu məmnuniyyəti və həyəcanı dilə gətirib.

Xüsusi paneldən sonra Türk dünyasından və beynəlxalq qurumlardan olan mütəxəssislərin iştirakı ilə Türk dünyasında sualtı mədəni irs sahəsində ortaq yanaşmanın formalaşdırılması məqsədilə Dəyirmi Masa keçirilib. İclasın açılışında dosent Hakan Öniz və Nuri Aksu infrastruktur, maliyyələşmə, təhsil və əməkdaşlıq mövzularının əhəmiyyətinə diqqət çəkiblər. İştirakçılar, Türk dünyasında fəaliyyət göstərən müvafiq qurumların Türkiyənin bu sahədəki təcrübəsindən faydalanmaq istədiklərini bildiriblər. Görüş zamanı Türkiyənin Gelibolu batıqları kimi mədəni irs obyektlərinin beynəlxalq səviyyədə daha geniş tanıdılmasının vacibliyi, Qırğızıstanda sualtı mədəni irs üzrə mütəxəssis hazırlığının inkişaf etdirilməsi və turizm potensialının gücləndirilməsi, eləcə də Qazaxıstan və Özbəkistanla bu sahədə əməkdaşlıq imkanlarının dəyərləndirilməsi məsələləri müzakirə olunub.

Həmçinin, səyyar sərgilərin və birgə simpoziumların təşkili, CMAS çətiri altında yüksək səviyyəli dalğıc təlimləri, birgə Avropa layihələri, sualtı fotoqrafiya üzrə seminarlar, tələbə və laboratoriya mübadilələri, Türk dövlətlərindəki aidiyyəti qurumlarla sualtı mədəni irs mövzusunda ildə ən azı bir ortaq görüşün keçirilməsi kimi təkliflər irəli sürülüb.

İştirakçılar sualtı mədəni irsin tanıdılması məqsədilə rəqəmsal məlumat bazasının yaradılmasını və ən yaxşı təcrübə nümunələrinin paylaşılmasını tövsiyə ediblər. Görüş, ortaq mədəni irsin qorunması sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi və birgə fəaliyyət çağırışı ilə başa çatıb.

İclasda səsləndirilən təkliflər Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən sənədləşdirilərək Türk dünyasındakı qurumlarla paylaşılacaq və bu sahədə təcrübə mübadiləsinin artırılması məqsədilə Türk Dünyası Sualtı İrs Şəbəkəsinin yaradılması təklif olunacaq.



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 20 May 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see176

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see160

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see134

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see132

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri