Icma.az
close
up
RU
“Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar”: İSTANBULDA KONFRANS KEÇİRİLDİ FOTO

“Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar”: İSTANBULDA KONFRANS KEÇİRİLDİ FOTO

Yenicag saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin İstanbul şəhərində “Yeni qlobal güc balansı: Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar” mövzusunda konfrans baş tutub.

Yenicag.az xəbər verir ki, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi, “Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi (ATEV) “Makro 2000” və “Mustafazadə” Qruplarıİstanbul Universiteti Azərbaycan Mədəniyyət və Birlik Topluğunun birgə təşkilatçılığı ilə keçirilən konfransda türk dünyasının gələcəyi və Türk Dövlətləri Təşkilatının həyata keçirdiyi və gələcəkdə gerçəkləşdirilməsi planlaşdırılan layihələr müzakirə edilib.

Telejurnalist Turan Ədalətqızının aparıcılığı ilə başlayan konfransın iştirakçıları Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bütün şəhidləri bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Tədbirdə, əvvəlcə, Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ərsin Tatar, Dünya Axısxa Türkləri Birliyinin sədri Ziyattin Kasanov, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Türk dünyasından məsul sədr müavini Kürşad Zorlu və ATEV sədri, millət vəkili Tənzilə Rüstəmxanlının təbrik mesajları səsləndirilib.

Tədbirin açılış çıxışını edən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər vurğulayıb ki, Qarabağ zəfəri Türk Dünyası üçün yeni bir dövrün başlanğıcı olub.

O bildirib ki, 2020-ci ilə qədər müxtəlif məsələlər müzakirə olunsa da, bu gün Azərbaycan Prezidentinin “Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır” çıxışı türk dünyası üçün yol xəritəsi rolunu oynayır:

“Biz hesab edirik ki, gənclər daha aktiv olmalıdır. Burada həm də medianın, QHT-lərin və xüsusilə gənclərin üzərinə ciddi bir missiya düşür. Biz türk dünyası – Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Şimali Kipr Türk Respublikası, Türkiyə və Türkmənistan nümayəndələri olaraq davamlı şəkildə bu cür tədbirlər keçirməliyik”.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının başqan vəkili Pərviz Məmmədzadə isə Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Vladimir Zelenskiyə qarşı olan münasibətləri arasındakı fərqə diqqət çəkərək bildirib ki, hazırkı qlobal güclərin dövlətlərə və insanlara münasibəti ilə türk dünyasının münasibəti arasında ciddi fərq mövcuddur.

Beynəlxalq Türk Dilində Danışan Ölkələrin Jurnalistləri Dərnəyinin sədri, araşdırmaçı-yazar Güngör Yavuzaslan, İstanbul Jurnalistlər Federasiyasının prezidenti Adil Koçalan, “Worldtürk” telekanalı sahibi Adem Ərdağı, “Ulusal Kanal”ın aparıcısı Yeşim Əryılmaz, Türkiyədə doktorantura təhsili alan Rəşid Mustafazadə, Turan Federasiyası İdarə Heyəti üzvü Hakan Seyidoğlu, gənc alim Anar Can Kıtay, Qazax Türkləri Mədəniyyət və Araşdırma Dərnəyinin Baş katibi Orhun Akdağ çıxış edərək türk dünyası birliyinin gücləndirilməsi, strateji ittifaqların genişləndirilməsi və birgə fəaliyyətin artırılması məsələləri barədə fikirlərini bölüşüblər.

Tədbir daha sonra sual-cavab sessiyası ilə davam edib.

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 03 Mart 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri