Icma.az
close
up
RU
“TÜRK” etnonimi və törələri YUNUS OĞUZ yazır

“TÜRK” etnonimi və törələri YUNUS OĞUZ yazır

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

YUNUS  OĞUZ

DAVAMI...

l hissəni buradan oxuya bilərsiniz: https://olaylar.az/news/edebiyyat/587277

ll hissəni buradan oxuya bilərsiniz: https://olaylar.az/news/edebiyyat/588140

lll hissəni buradan oxuya bilərsiniz: https://olaylar.az/news/edebiyyat/588687

IV hissəni buradan oxuya bilərsiniz: https://olaylar.az/news/edebiyyat/589406

Göründüyü kimi Strabonun İberiyada yerləşdirdiyi Tarrakon şəhəri tar/tor/tur termini ilə sıx bağlıdır və "tar"a yalnız türk dili anlamı tərəfindən yanaşıldıqda bu sözün mənasını başa düşmək olar.

Daha sonra Strabon yazır: "Tarrakondan yol İberdən keçərək Saqunta və Setabeyə girir".

Saqunt şəhəri göründüyü kimi, "saq" etnonimi ilə sıx bağlıdır. Saqlar haqqında biz yuxarıda qismən bəhs etmişdik. M.Kaşğariyə görə sak / saq işdə huşyar, ayıq, zirək olan adama deyilirdi. Zirək adamlar eyni zamanda "sakər" adlanırdı, gözətçinin ayıq olması üçün söylənən söz sak-sak idi.

Maraqlıdır ki, istər Azərbaycan, istər Orta Asiya, istər Qara dəniz ərazilərindən tapılmış kurqan abidələrindəki arxeoloji materiallar eynilik təşkil edir. Bu da əsas verir ki, "iskit, saq, türk tayfaları bir mədəniyyətə - türk mədəniyyətinə malikdir" fikrini söyləyək.

Firidun Ağası oğlu "Qədim türk eli - saqa-qəmər boyları" kitabında yazır: "Başqa türk xalqları ilə bərabər azər xalqının təşəkkül tapmasında saqa boyları mühüm rol oynamışdır. Islamaqədərki tarixi qaynaqlar min ildən artıq bir dövrü əhatə edən bəlgələrlə saqa boylarının yayıldığı bölgələr, qurduğu dövlətlər, onların köçü, etnoqrafiyası, etnik gələnəkləri və mifologiyası haqqında zəngin məlumat verir". Daha sonra F.Ağasıoğlu saqaların ilk dəfə harada məskunlaşdığı haqqında qədim qaynaqlara istinadən maraqlı mülahizələr irəli sürür:

"Azər xalqının qədim adını bildirən azlar (az ərlər) kimi qızıl və saqar boyları da Doğu ellərə Azərbaycandan getmişlər. Doğudakı qızıl boylarının bassaqar uruğu da "baş saqar" etnonimi ilə tanınır. Saqar və soqat boylarında fərq yalnız topluluq bildirən az/ıt şəkilçiləri olduğundan "baş saqalar" anlamını gerçəkləşdirən baş saqar və massaget etnonimi sinonim adlardır. Saqaların quzey və doğu ölkələrə Azərbaycan üzərindən keçib getməsini sübut edən faktlardan biri də Güney-Doğu Anadoluda bir neçə saqa yaşayış məskəninin Aşşur qaynaqlarında qeyd olunmasıdır. Belə ki, miladdan öncə XII əsrdə Van gölündən güneydə saqa adlı iki kənd və miladdan öncə VIII əsrdə Dəclənin yuxarı axarından Saka (Sakka) adlı yaşayış məskəni Aşşur qaynaqlarında yer almışdır.

N.V.Qriqoryev "Sakka" terminini iki "k" ilə "Skif xalqları saklar haqqında" adlı əsərində beş dəfə hallandırıb. D.Aytmuratov isə özünün "Türk etnonimləri" kitabında qeyd edir ki, "sak" etnonimini yalnız türk materiallar əsasında izah etmək mümkündür.

O, "sak" sözünü "hörmək" və "toxunmaq" anlamı kimi verir və bunu eyni zamanda, sakların saçlarının hörülməsi, yaxud saç forması ilə əlaqələndirir. Sakların - massagetlər Azərbaycanda, Araz çayının ətrafında yaşamasını Strabondan beş yüz il əvvəl yaşamış Herodot da təsdiq edir. O yazır:

"Köçəri iskitlər Asiyada yaşayırdı. Massagetlərlə savaşda məğlub olanda Araz çayını keçib kimmerlərin yanına köç etdilər (deyirlər iskitlərə məxsus olan ölkədə ta qədimdən kimmerlər yaşayırdılar)".

"Asiya" dedikdə bəzi alimlər belə hesab edirlər ki, bu yalnız Orta Asiya, yaxud Mərkəzi Asiya ola bilər və Xəzərin qərb hissəsi isə Azovaqədərki böyük bir ərazi hesab edilə bilməz. Amma qədimdə möhtəşəm kitablar yazan müəlliflər belə hesab etmirdilər. Bu barədə strabon yazır:

"Tanaisdən (Rostov yaxınlığında bu qədim şəhərin xarabalıqları hələ də qalır, həm də Don çayının əski adıdır - Y.O.) və Meotiddən (Azov dənizi - Y.O.) tavrın o biri tərəfinə Asiya vilayətləri uzanır. Tavrın dağ silsiləsi Asiyanı iki yerə bölür... Yunanlar şimala doğru uzanan materikin bu hissəsini "İş Tavr", cənuba doğru uzanan hissəsini isə "Dış Tavr" adlandırırlar. Tanais və Meotid ərazilərinə düşən vilayətlər Tavrın "iç" ərazisinə aiddir. Bu hissələrdən birincisi Kaspi dənizi ilə Evksin Pont (Qara dəniz - Y.O.) arasında yerləşir. Bu vilayətlər də Hirkan dənizi (Xəzər dənizi - Y.O.) Pont arasında Qafqaz da daxil olmaqla Meotid savromatları və savromatlar, iberlər və albanlar, həmçinin skif, axey, ziq və qenioxlar yaşayırlar; Hirkan dənizinin arxasında isə skif, girkan, parf, baktriy və başqalarının bir hissəsi yaşayır..."

Bu fikirləri Pompey Troq və Siciliyalı Diodor da təsdiq edir. Pompey troq yazır:

"I kitab. (5) Tarixdə ilk dəfə Aşşur çarı Nin qonşu ölkələri tutmağa başladı (6). Doğrudur, daha qədim çağlarda Misir çarı Vezois və Saqat çarı Tunay da (bu hərəkətlərdə bulunmuşlar); Bunlardan birincisi Ponta, ikincisi isə Misirə qədər yürüş etmişdi.

II kitab. (3.1) Skitlər Asiya üzərində üç dəfə hökmranlıq etməyə nail olmuş, özləri isə nə məğlub, nə də başqasının hakimiyyətinə tabe olmuşlar, (2) Pers çarı Dariusu biabırçılıqla Skifiyadan qovmuş, (3) Kuruşu bütün qoşunu ilə birlikdə öldürmüş, (4) eyni şəkildə ordu başçısı böyük Aleksandr Zorizionu qoşunu ilə birgə darmadağın etmişdilər..., (6) qüdrətli Parth və Baktriya dövlətlərini qurdu, (7) Skit xalqı həm daxilən, həm savaşda zəhmli, bədəncə fövqəladə möhkəmdir, onlar itirmə duyğusu olan heç nə axtarmır, qalib gələndə isə şöhrətdən savayı heç nə ummurlar.

XI kitab. (1.1) Belə ki, bütün dünyanı romalılarla öz aralarında ikiyə bölmüş və indiki Doğu üzərində hökmranlıq edən parthlar skit qaçqınlarının törəmələridir. (2) Bu onların adından da məlumdur, çünki skit dilində "pardı" sözü qaçanları bildirir".

Siciliyalı Diodor isə yazır:

"İndi də (hindlilərlə) qonşu ölkədə məskun olan skitlərə keçək. Onlar əvvəllər o qədə rdə böyük olmayan qəbilələr də yaşayırdılar, lakin sonralar tədricən özlərinin artan qoçaqlığı, hərbi gücü ilə böyük ərazilər zəbt edib öz boylarını böyük şöhrət və iqtidar sahibi etdilər.

Əvvəllər onlar azsaylı olub Araz qırağında yaşayırlar, şan-şöhrətsiz olduqları üçün onlara həqarətlə baxılırdı; lakin hələ qədim vaxtlardan strateji bacarığı ilə seçilən savaşqan başçılarının rəhbərliyi altında Qafqaza qədər dağlarda, Meotiy gölün sahillərindəki dülərdə və tanais çayına qədərki sair bölgələrdə özlərinə ölkə əldə etdilər... (4) Xeyli vaxt keçəndən sonra Tanais çayından o tərəfə Trakiyaya qədər geniş əraziləri də özlərinə tabe edib, hərbi yürüşlərini başqa istiqamətə yönəltdilər, Misirin Nil çayına qədər özlərinin hökmranlığını yaydılar" [95. 31].

Göründüyü kimi, bütün qədim mənbələr saq / k-ların ilkin yurdları kimi Azərbaycan və Anadolunun olduğunu qeyd edir. Qiyasəddin Qeybullayev "Qədim türklər və Ermənistan" kitabında qeyd edir ki, Albaniya torpaqlarında "Alban" etnik adını daşıyanlardan başqa, e.ə. VIII yüzildən etibarən türk kökənli kimmer, sak və quqarıarın yaşamaları heç şübhəsizdir. Miladdan öncə burada türkdilli aran, qarqar, kəngər, tərtər, suvar, gul, peçeneq xalqlarının yaşamaları bir faktdır.

Şumercə "şab" mövcud olub, mənası "orta" deməkdir. Ümumtürkcədə "şab" termininin müxtəlif variantları mövcuddur; şab/çap/şak/çak/sak-ın mənası "böl", "doğra", "ortadan çap", "bərabər hissəyə böl" anlamını verir. Çox güman ki, sak etnoniminin də mənasını döyüşkənlik, ərənlik, çapmaq-doğramaq, qəhrəmanlıq kimi anlamaq olar.

Beləliklə, saq(k)lar kimlərdir?

Doğrusu, XVII-XVIII əsrlərə qədər "saq (k)"ların milli kimlik problemi mövcud deyildi. Yunan mənbələrindən tutmuş min il fasiləsiz tarix yazan Bizans mənbələrinə qədər saq, hun, iskitlər türk boyları kimi qələmə alnırdı. Məsələn, Bizans imperatoru I Aleksey Komininin qızı Anna Kominina dövrünün məşhur tarixçisi və yazarı idi. Anna Kominina atasına həsr etdiyi "Aleksiada" əsərində XI əsrin sonu, XII əsrin başlanğıcında baş verən hadisələri qeyd edərkən daha çox türklərin fəaliyyətindən yazır və onları tez-tez skif (iskit) adlandırır. Məlumdur ki, Bizans imperatorunun qoşununda məşhur türk sərkərdələri olub. Anna Kominina onlardan ikisinin adını çəkir. Biri uz/quz tayfasının adına uyğun olaraq Uz, digəri isə yenə də uz/quz tayfasına aid olan Ərgir Qaraca adlanırdı. Əsas məsələ ondadır ki, xanım yazar qeyd edir ki, onun atası qıpçaqlardan ibarət bir ordu yaratmışdır və sarayda uz/quzları, qıpçaqları və digər türk tayfalarının hamısı birlikdə skif (iskit) adlandırırdılar. Qayıdaq Strabonun "Coğrafiya" kitabına. O yazır: "Keltiberlərdən şimalda varonlar yaşayırlar... Onların şəhəri Variy - İberin keçidində yerləşir... onların vilayətləri barmetlərlə birləşir, hansı ki, müasirləri onları bardullar adlandırırlar. Qərbdə isə Astur, Kallan, Vakkeylərin bir hissəsi yerləşir... Saqobriq və Bilbilis şəhərləri keltiberlərə məxsusdur..."

Göründüyü kimi, bu türk toponimləri və etnonimləri haqqında eramızdan əvvəl Strabon yazır. Məsələn o, varon etnonimi qeyd edir və onların şəhərini Variy adlandırır. "Var" termini "mövcud" mənasını verir. Eyni zamanda L.N.Qumilyov da qeyd edir ki, avarları bəzən "var" da adlandırıblar.

Mahmud Kaşğaridə "var" sözü müxtəlif mənalar verir:

"Bar = var, mövcud

Barlıq = varlı, zəngin

Bar = böyük

Bar = peyda olmaq, vermək (ber)

Bar = varmaq, getmək

"Var/bar" sözü "Qədim türk sözlüyü"ndə də demək olar ki, eyni anlamları verir:

Bar = var Bar = nəqd Bar = getmək, yola çıxmaq Bar = vurnuxmaq Bar = yoxa çıxmaq Bar = ölmək (barur sen bu malin azunda qalursən - öləcəksən, var-dövlətinsə bu dünyada qalacaq) Bariy = yürümək, göndərmək".

Əvvəlki fəsildə biz alanlar haqqında yazmışdıq. L.N.Qumilyov "Qədim türklər" kitabında qeyd edir ki, Kubanın sahillərində Bizansın müttəfiqi olan alanlar yunanlara yeni bir xalqın - avarların meydana gəlməsi məlumatını verdi. Xatırladaq ki, bu hadisələr eramızın VI əsrində baş verib və avar türkləri ilk dəfə bu zaman Bizans mənbələrində göstərilib.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 03 Aprel 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib

18 Avqust 2025 19:09see220

Britaniya həmin siyahını İrana verdi: Bu müsəlman ölkəsinin adı var!

19 Avqust 2025 00:40see186

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

19 Avqust 2025 00:40see148

Vüqar Əhmədovun vazkeçilməz 10 manatlıq şirkəti Bu dəfə 2,3 milyonluq müqavilə bağlayıb

18 Avqust 2025 20:36see136

Azərbaycan dilində danışmıram? Özüm bilərəm Günel VİDEO

19 Avqust 2025 09:02see127

Ukrayna Luqansk sərhədlərində 5 minə yaxın əsgərini itirib

18 Avqust 2025 08:08see125

Peskovun qızı istirahət görüntülərini paylaşdı FOTO

18 Avqust 2025 19:33see125

“Ata yurdumda uşaqlıq xatirələrimi yada salıram” DEPUTAT

18 Avqust 2025 08:25see125

Pandemiya ilə bağlı yazılan cərimələr gələn il qüvvədən düşür HÜQUQŞÜNAS FOTO

18 Avqust 2025 15:33see125

İnsanın beyin hüceyrələri siçanları depressiyadan sağaldıb...

18 Avqust 2025 23:43see122

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

19 Avqust 2025 21:02see122

İqtisadçı: “Subsidiyaların hədəfə çatması üçün ciddi nəzarət mexanizmləri lazımdır”

18 Avqust 2025 14:34see120

Ukraynadakı müharibəni sona çatdıra bilərik NATO Baş katibi

19 Avqust 2025 00:04see119

Starlink in işində nasazlıq yarandı

19 Avqust 2025 02:37see119

Burak Yılmaz Super Liqa klubunda

19 Avqust 2025 00:05see117

Qarabağ ın Budapeşt zəfəri Video

20 Avqust 2025 02:51see117

Debütündə parlayan serb

18 Avqust 2025 14:01see117

Ədalətsiz 907 ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında qurulan strateji tərəfdaşlığın növbəti göstəricisidir ŞƏRH

18 Avqust 2025 08:37see117

İmişli də ən azı bir yüzfaizli qol imkanını əldən verdi Aslan Kərimov debütantlardan nə gözləyir?

19 Avqust 2025 02:36see117

Hindistanda üç yaşlı qız bəbirin hücumundan sağ çıxa bilib

19 Avqust 2025 06:17see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri