Icma.az
close
up
RU
Türk poeziyasına yenilik gətirən şair Orhan Veli

Türk poeziyasına yenilik gətirən şair Orhan Veli

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Nəcəf Nəcəfov
BSU jurnalistika fakültəsinin tələbəsi

"Ağlasam sesimi duyar mısınız,

Mısralarımda;

Dokunabilir misiniz,

Gözyaşlarıma, ellerinizle? " – söyləyən, "Garip" (Qərib) ədəbi hərəkatının lideri və banilərindən biri olan Orhan Veli Kanık Osmanlı klassik şeir qaydalarını dəyişdirərək türk poeziyasını gündəlik həyatla, sadə insanlarla və xalq danışıq dili ilə sintez edib, Cümhuriyyət dövrü türk ədəbiyyatında yeni bir mərhələnin əsasını qoymuş, öz dəsti-xəttini formalaşdırmış məşhur şair olub.

Orhan Veli Kanık 13 aprel 1914-cü ildə İstanbulun Beykoz rayonunda anadan olmuşdur. Atası Mehmet Veli Kanık Osmanlı dövründə Muzıka-yı Hümayun orkestrində klarnet ifaçısı olmuş, daha sonra isə Cümhuriyyət dövründə Atatürk tərəfindən Ankaraya dəvət edilən şəxslərdən biri olmuş və Cumhurbaşkanlığı Sinfonik Orkestrinin dirijoru, Ankara radiosunun rəhbərlərindən biri kimi fəaliyyət göstərmişdir. Belə bir mühitdə böyüməsi Orhan Velinin estetik zövqünün formalaşmasına, incəsənətə və musiqiyə bağlı olmasına mühüm təsir göstərmişdir. Uşaqlığında dəcəl, şıltaq olan Orhan Veli çox gözəl təqlid etmək və yazı qabiliyyəti olduğu üçün Beykozdakı evlərinin arxasında uşaqlarla səhnə qurmağı, rol aparmağı çox sevərmiş. Hətta insanların izləməsi üçün baxçaya stullar da düzərmiş. Ailəsi sonradan Ankaraya köçdüyü üçün o, orta təhsilini Ankara Erkek Liseyində (Ankara oğlanlar liseyində) almışdır. Burada gələcəkdə türk poeziyasını tanınmış simalarına çevriləcək Oktay Rifat Horozcu və Melih Cevdet Anday (hər üçü "Garip" hərəkatının baniləridir) ilə tanış olmuşdur. Liseydə onların müəllimlərindən biri görkəmli yazıçı və ədəbiyyat tarixçisi Ahmet Hamdi Tanpınar olub. Tanpınarın klassik ədəbiyyata dair bilikləri Orhan Velinin ədəbi düşüncəsinə təsir etsə də, şair sonradan tamamilə fərqli bir poetik yol seçmişdir. Lakin o, klassik divan ədəbiyyatını, əruz və heca vəznini də mənimsəmişdir. 1933-cü ildə İstanbul Universitetinin Fəlsəfə fakültəsinə daxil olsa da, maddi və şəxsi səbəblərdən təhsilini yarımçıq qoymuşdur. Daha sonra müxtəlif yerlərdə məmur və dövlət qulluqçusu kimi çalışmışdır. Ədəbiyyata olan sevgisi və yazmaq həvəsi onun həyatında böyük rol oynayıb. Həmçinin Qərb klassiklərinin əsərlərini, xüsusən fransız dilindən türk dilinə tərcümə etmişdir. Ömər Xəyyam, Mövlanə Cəlaləddin Rumi, Alfred de Müsse, Artür Rembo, Jan Batist Molyer və digər ədəbiyyat incilərinin əsərlərindən də tərcümələr etmişdir. 1949-cu ildə dostları ilə birlikdə Yaprak (Yarpaq) adlı ədəbi jurnalı nəşr etdirməyə başlamışdır. Jurnal "Garip" hərəkatının ideyalarının yayılmasında mühüm rol oynamışdır və cəmi 28 nömrəsi dərc edilmişdir. Onu da qeyd edək ki, həyatı boyu kasıb yaşamış şair mal-mülkünü dərgini açmaq üçün satmışdır. 1950-ci ilin 10 noyabrında Ankarada küçədə bələdiyyə tərəfindən qazılmış açıq qalan xəndəyə düşmüş və başından yaralanmışdır. İki gün sonra İstanbulda birdən vəziyyəti ağırlaşmış və içki zəhərlənməsi diaqnozu ilə xəstəxanaya aparılmışdır. Əslində isə beyin qanaması keçirən şair 14 noyabr 1950-ci ildə cəmi 36 yaşında vəfat edib.

Orhan Velinin türk ədəbiyyatında xüsusi poeziyası:

Orhan Veli Kanık əruz və heca vəznlərini mükəmməl bilməsinə baxmayaraq, Osmanlı klassik poeziyasının forma, üslub və dil xüsusiyyətlərindən öz istəyi ilə uzaqlaşmışdır. Onun fikrincə, şeir qafiyə, vəzn və digər formal qaydalarla məhdudlaşdırılmamalı, şair duyğu və düşüncələrini sərbəst şəkildə ifadə edə bilməlidir. Bu baxış türk poeziyasında yeni estetik düşüncənin formalaşmasına mühüm təsir göstərmişdir. Bununla yanaşı, Orhan Velinin klassik poeziyanı tamamilə inkar etdiyini söyləmək düzgün olmazdı. O, klassik şeirin ədəbi irs kimi əhəmiyyətini qəbul etsə də, müasir dövrün tələblərinə uyğun olaraq poeziyanın yenilənməsinin, müasirləşməsinin zəruri olduğunu müdafiə edirdi. Məhz bu səbəbdən onun yaradıcılığı və irəli sürdüyü poetik prinsiplər dövründə həm ciddi tənqid olunmuş, həm də geniş rəğbətlə qarşılanmışdır. Orhan Veli və ümumilikdə Garip (Qərib) ədəbi hərəkatı türk poeziyasına mühüm yeniliklər gətirmişdir. Bu ədəbi hərəkat ağır poetik ifadələri, bənzətmələri, mürəkkəb qafiyə və vəzn sistemini arxa plana keçirərək şeiri xalqın gündəlik danışıq dilinə yaxınlaşdırmışdır. Beləliklə, poeziya yalnız müəyyən bir ziyalı təbəqənin deyil, cəmiyyətin müxtəlif təbəqələrinin başa düşəcəyi və zövq ala biləcəyi bir sənətə çevrilmişdir. Orhan Velinin poeziyasında əsas yer sadə insanların həyatına, gündəlik məişət hadisələrinə və adi insanın daxili aləminə verilir. Onun poeziyasında emosional səmimiyyət, rasional müşahidə, incə yumor ( bədii gülüş ) və ironiya ilə vəhdət təşkil edir. Məhz bu xüsusiyyətlər şairin yaradıcılığını fərqləndirən, özünəxass edən əsas cəhətlərdəndir. Bundan əlavə, Orhan Velinin poeziyasında insan psixologiyası, həyatın paradoksları və gündəlik hadisələrin fəlsəfi mahiyyəti sadə, lakin olduqca təsirli bədii ifadələrlə təqdim olunur. Onun poeziyası türk ədəbiyyatında sərbəst şeirin inkişafına, müasir poetik düşüncənin formalaşmasına və yeni müasir şairlərin yetişməsinə mühüm təsir göstərmişdir. Şairin şeirləri “Yaprak”( Yarpaq ), “ Varlık” (Varlıq), “Demet” , “Ülke” (Ölkə) kimi dərgilərlə dərc edilirdi.

“Bıktım usandım sürüklemekten onu,

Senelerdir, ayaklarımın ucunda;

Bu dünyada biraz da yaşayalım,

O tek başına,

Ben tek başıma.” – söyləyən şairin bir çox şeirlərində insanın daxili yükü və həyatın yaratdığı yorğunluq hissi öz poetik əksini tapıb. Keçmiş xatirələrdən, mənəvi yükdən və digər müxtəlif səbəblərdən duyulan yorğunluq, insanın tənhalığı və nəticə etibarilə öz Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

seeBaxış sayı:112
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 01 Sentyabr 2026 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri