Icma.az
close
up
RU
Türkiyə Azərbaycan Pakistan triosu: Böyük hərbi müqavilə bağlanır? AKTUAL

Türkiyə Azərbaycan Pakistan triosu: Böyük hərbi müqavilə bağlanır? AKTUAL

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

“Türkiyə, Azərbaycan və Pakistan triosu strateji hərbi ittifaqa doğru irəliləyir”.

Bu barədə Bakıvaxtı.az-a beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Laçın görüşünü şərh edərkən bildirib.

Onun sözlərinə görə, üç müttəfiq vizyon formalaşmaqdadır:

“Fiziki sərhədlər olmadığına görə bunu “Bozqurd və hilalın ittifaqı adlandırdıq”. Başqa formada isə bu birliyə “Laçından Kəşmirə səmaların ittifaqı” dedik. Real hədəflər onunla əlaqdardır ki, bu üçlü yəqin ki, ən modern silahlara sahib olmaqla bağlı fikir alış-veriş ediblər”.

Müsahibimiz qeyd edib ki, hər halda bu görüşün gizli və hərbi-strateji tərəfləri var:

“Dünyanın bir çox insayder və Hindistan mediasını izləyirik. Yanaşma onu göstərir ki, Azərbaycanla Pakistan arasında 2 milyard dollarlıq ticarət həyata keçiriləcək. Bunu Azərbaycan bəyan edir. Hindistan iddia edir ki, Azərbaycanla Pakistan arasında böyük hərbi müqavilənin bağlanması üçün razılıq əldə olunub”.

Əziz Əlibəyli: Azərbaycanla Pakistan arasında böyük hərbi müqavilənin bağlanması üçün razılıq əldə olunub

Əlibəyli onu da əlavə edib ki, Pakistan Azərbaycana 50 ədəd modern qırıcı satmalıdır:

“Bu qırıcılar Hindistanla münaqişədə böyük üstünlüklər əldə etdi. Məlum üçlüdə təmsil olunan ölkələrdən biri Pakistandır və o, nüvə silahına malikdir. Bu formulanı Laçında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “bir millət - üç dövlət” düstürü ilə ifadə etdi. “Qarabağdan Kəşmirə səmalar bizimdir” prinsipini işə saldı. Bunun 28 May tarixində baş verməsi müasir dövlətçilik tariximizin ayrıca bir mərhələsi oldu. Bu ittifaqa Banqladeşin də qoşulmaq istəməsi həyəcanla müşahidə edildi”.

Həmsöhbətimiz vurğulayıb ki, bütün bunlar Azərbaycanın regionda daha da güclənməsi, böyüməsi Pakistanın Güney Asiyada böyük gücə çevrilməsi yolunda atılan addımlardır:

“Türkiyənin təhlüksəzlik nöqteyi-nəzərdən nüvə silhalına malik olması da çox vacibdir. Azərbaycanla bağlı isə tamam fərqli düşünürəm”.

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 May 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri