Icma.az
close
up
RU
“Türkiyə hərbi qüvvələrinin sülhməramlı missiya çərçivəsində yerləşdirilməsi məsələsi gündəmdədir ” RƏY

“Türkiyə hərbi qüvvələrinin sülhməramlı missiya çərçivəsində yerləşdirilməsi məsələsi gündəmdədir ” RƏY

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Böyük Britaniyanın Baş naziri Kir Starmerin rəsmi nümayəndəsi bildirib ki, çoxlu sayda ölkə Ukraynada sülhməramlı qüvvə yerləşdirməyə hazırdır. Onun verdiyi məlumata əsasən, bu təşəbbüs, ABŞ Prezidenti Donald Trampın Rusiya ilə sülh danışıqlarını təşviq etməsindən sonra Britaniya və Fransa tərəfindən irəli sürülüb və 37-dən çox ölkənin Ukraynanı dəstəkləmək üçün koalisiyaya qoşulması gözlənilir. Həmin ölkələrin əksəriyyəti NATO-ya üzvdür.  Rusiya NATO-ya üzv ölkələrin əsgərlərinin Ukraynada yerləşdirilməsinə qarşı çıxıb. 
Bəs Ukrayna üçün sülhməramlı qüvvələrin göndərilməsi sabitlik və təhlükəsizlik baxımından nə dərəcədə önəmli hesab oluna bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Zeynal Əmrəli bildirib ki, burada əsas məsələ  ABŞ-nin mövqeyidir:
“Yəni, əgər ABŞ sülhməramlı qüvvələrin yerləşdirilməsinə razılıq versə, yəni Tramp administrasiyası bunu qəbul etsə, Böyük Britaniya və Fransanın təklifi keçərli ola bilər və sülhməramlı qüvvələr Ukrayna ərazisində yerləşdirilə bilər.  Bu qüvvələrin "sülhməramlı" adlandırılmasının əsas səbəbi də budur ki, bu ölkələrin böyük əksəriyyəti NATO üzvü olsalar da, Rusiyaya bildirmək istəyirlər ki,  onların məqsədi Rusiya ilə münaqişəyə girmək deyil. Onlar sadəcə olaraq sülhməramlı missiyanı həyata keçirmək və atəşkəs razılaşmasının təminatçısı kimi çıxış etmək niyyətindədirlər. Məsələn, ABŞ-nin, yəni Tramp administrasiyasının, Rusiyaya təklif etdiyi atəşkəs müqaviləsinin əsas şərti də budur. Yəni, Moskvaya sual olunurdu ki, əgər atəşkəs müqaviləsi imzalanarsa, ona kim nəzarət edəcək? Bu halda Böyük Britaniyanın Baş naziri Kir Starmerin nümayəndəsi bildirdi ki, atəşkəsə nəzarət edəcək sülhməramlı qüvvə olmalıdır və bu qüvvənin yerləşdirilməsi Qərb bloku tərəfindən həyata keçirilməlidir”.
Politoloq onu da qeyd edib ki, Rusiyada bununla bağlı  narahatlıq var:
“Çünki sülhməramlı qüvvə adı altında Ukraynaya göndərilməsi nəzərdə tutulan ölkələrin əksəriyyəti Ukraynanın müttəfiqləridir. Yəni, bu ölkələr hal-hazırda da Ukraynanı Rusiyaya qarşı silahlandıran əsas dövlətlərdir.
Buna görə də rəsmi Moskva bu qüvvələri qəbul etmir. Alternativ olaraq bəzi ölkələrin qüvvələrinin Ukraynada yerləşdirilməsi müzakirə olunur və burada əsas diqqət Türkiyəyə yönəlib. Türkiyə hərbi qüvvələrinin sülhməramlı missiya çərçivəsində yerləşdirilməsi məsələsi gündəmdədir. Türkiyə tərəfi də bu məsələyə dair açıq şəkildə mövqeyini bildirib və Ukrayna ilə Rusiya arasında atəşkəsin qorunmasına nəzarət edə biləcəyini vurğulayıb.
Avropa ölkələrinin bu təşəbbüsünün Rusiyanın dəstəyini alacağı inandırıcı görünmür. Əksinə, Türkiyə variantı daha məqbul hesab olunur. Çünki Türkiyə NATO üzvü olsa da, Prezident Rəcəb Tayyib Ərdoğanın şəxsi nüfuzu və Ankaranın Rusiya ilə münasibətləri nəzərə alınaraq, Türkiyə Moskvanın gözündə daha etibarlı tərəfdaş kimi qiymətləndirilir”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Mart 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri