Türkiyə ordusu bu il 3 min 21 terrorçu öldürüb AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalı da daxil olmaqla keçirdiyi antiterror əməliyyatı nəticəsində son bir həftədə 62, ilin əvvəlindən isə 3 min 21 terrorçu öldürülüb.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Məlumata görə, 2024-cü il başlayandan Türkiyəyə qanunsuz yolla keçməyə çalışan 13 min 830 nəfər saxlanılıb. Son bir həftədə ölkə ərazisinə qanunsuz yolla sızmaq istəyən 85 nəfər tutulub, onlardan səkkizi PKK terror qruplaşmasının üzvüdür.
“Suriyalıların təhlükəsiz şəkildə qayıdışı istiqamətində fəaliyyətimiz davam edəcək”, - nazirlikdən qeyd olunub.
Qurumun açıqlamasında vurğulanıb ki, PKK/YPG-PYD terror qruplaşması “yaxşı vəziyyətdə” olduqlarına dair yalan məlumatlar yayır: “PKK/YPG terror qruplaşması ya silahları təhvil verəcək, ya da məhv olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 26 Dekabr 2024 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















