Türkiyə ordusu Suriyada 743 km uzunluğunda tunelləri məhv etdi
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Türkiyə Milli Müdafiə Nazirliyi (MN) Suriyada antiterror əməliyyatlarının Suriya Ordusu tərəfindən aparıldığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, nazirliyin açıqlamasında ictimai asayişin Suriya hökuməti tərəfindən təmin edildiyi bildirilib.
“Terror təşkilatının mülki əhalini və təhlükəsizlik qüvvələrini hədəf alması nəticəsində 4 nəfərin həlak olması, 18 nəfərin isə yaralanması fonunda Suriya hökuməti ictimai asayişi və vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə Hələbdə terrorla mübarizə əməliyyatına başlayıb. Bu əməliyyat tam şəkildə Suriya Ordusu tərəfindən həyata keçirilir”, – açıqlamada qeyd edilib.
Açıqlamada o da bildirilib ki, yanvar ayında Türkiyə ordusu Suriyada terrorçulara məxsus 743 kilometr uzunluğunda tuneli məhv edib: “Məhv edilən tunellərin ümumi uzunluğu Mənbicdə sıradan çıxarılan 2 kilometrlik tunel də daxil olmaqla 743 kilometrə çatıb. Beləliklə, Tel Rıfatda aşkar edilən tunellərin hamısı, Mənbicdə isə 91 faizi məhv edilib”.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 08 Yanvar 2026 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















