Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinə yeni rəhbər təyin edilib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İstanbul, 10 iyul, Günel Karatepe, AZƏRTAC
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri vəzifəsinə təyin edilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsi ölkənin xarici işlər nazirinin müavini professor Burhanettin Durana həvalə edilib.
Qeyd olunan vəzifə dəyişiklikləri Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı sənədə əsasən, rəsmi qəzetdə - “Resmi Gazete”də dərc olunaraq qüvvəyə minib.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinə yeni rəhbər təyin edilib
10 İyul 2025 05:29
AZCON un Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə rəhbər təyin edilib
20 May 2025 15:22
Azərbaycan ilk dəfə Ictimaiyyətlə Əlaqələr PR Forum keçirildi
28 Noyabr 2024 10:41
ADPU da ictimaiyyətlə əlaqələr: 6 ay ərində 25 minədək müraciət cavablandırılıb
24 İyun 2025 17:18

